Kriminal

Yevlaxda kişi ehtiyatsızlıqdan bacısı oğlunu güllələdi

Yevlax sakini ehtiyatsızlıqdan bacısı oğlunu güllələyib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ötən gün Yevlax şəhəri Ü.Hacıbəyov küçəsində şəhər sakini E.Mahmudov pnevmatik idman tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən bacısı oğlu M.Bəkirov qarın nahiyəsindən xəsarət alıb. Xəstəxanaya yerləşdirilən M.Bəkirovun vəziyyəti qənaətbəxşdir. Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Mahmudov saxlanılıb, hadisə […]

İdman

“Davam” təsis olundu: Rəsul Çunayev üzv seçildi

Bu gün “Davam” Ümumrespublika Gənclər Hərəkatının Təşəbbüs Qrupunun media brifinqi keçirilib. Brifinqdə iştirak edən XəbərAl.Az-ın əməkdaşının verdiyi xəbərə görə, yeni yaradılmış gənclər hərəkatının təşəbbüs qrupunun səkkiz üzvü seçilib. Bunlar Natiq Mehdiyev, Nihad Allahyarlı, Reyhan Camalova, Sara Rəhimli, Rəsul Çunayev, Sabir Rüstəmov, Məhəmməd Türkmən və Nərmin Knyazlıdır. “Davam”ın əsas məqsədi ictimai-siyasi proseslərdə aktiv rol almaq, gənclər və […]

Şou-Biznes

Türkiyənin məşhur serialında “Ay Laçın” səsləndi – VİDEO

Türkiyənin “TRT 1” telekanalında yayımlanan və izlənmə rekordları qıran “Payitaht Abdülhamit” teleserialında Azərbaycanın haqq mübarizəsinə dəstək ifadə olunub. Serialda hökmdar bir Azərbaycan mahnısı oxumasını istəyir. İsmayıl Haqqı əfəndi obrazını canlandıran aktyor isə “Ay Laçın” xalq mahnısını səsləndirib. Azərbaycan Ordusunun işğal altında olan ərazilərimizin azad olunması ilə bağlı uğurlu əməliyyatlarını nəzərə alaraq bu səhnə sosial şəbəkələrdə geniş […]

Müharibə

Azərbaycanın haqq savaşında yeni mərhələ: Hərbi aviasiya işə salındı – VİDEO

Azərbaycan ordusunun Qarabağda həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar davam edir. “Caliber” “Youtube” kanalında yayımlanan xüsusi süjetdə son günlər Azərbaycan Silahlı Qüvələrinin hərbi aviasiyadan, konkret olaraq qırıcı təyyarələrin xidmətindən istifadə etməsinin səbəblərinə toxunulub. Müəllif qeyd edir ki, Azərbaycanın qırıcı təyyarələrdən istifadə etməyə başlaması və bunun hərbi rəhbərlik tərəfindən bəyan edilməsi yaxın günlərdə düşmənin növbəti xüsusi qruplaşmalarının məhv […]

Dünya

Torontoda Azərbaycan qadınları həmrəylik aksiyası keçirib – FOTO

Kanadanın Toronto şəhərində Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin təşkilatçılığı ilə “We All Stand With Azerbaijan!” adlı həmrəylik aksiyası keçirilib. Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Ontario əyalətinin Parlamentinin önündə Torontoda yaşayan Azərbaycan icmasının qadınlarının iştirakı ilə baş tutan həmrəylik aksiyasında təcavüzkar Ermənistanın 30 ilə yaxındır Azərbaycan torpaqlarını işğal altında saxlaması, o cümlədən erməni ordusunun dinc əhalini, […]

Müharibə

Erməni ordusunda hərbçi qıtlığının çirkin mənzərəsi – FOTO

Ermənistan Silahlı Qüvvələrinin şəxsi heyətinin tamamilə məhv olması fonunda kadr çatışmazlığı bu cür mənzərələrə gətirib çıxardır. Kadrları “Caliber” “Telegram” kanalı paylaşıb. Fotoda cırtdan insanların əllərində demək olar ki, yararsız silahla cəbhə xəttində şəkiləri əks olunub. “Qagik Tsarukyanlar, Artur Vanetsyanlar, Anna Akopyanlar isə heç cəbhəyə gedib çıxmayıblar. Görəsən, Ermənistanın hərbi-siyasi rəhbərliyi xalqını nə vaxta qədər qırğına aparacaq?”, […]

Cəmiyyət

İşğalçı Ermənistanın Şuşada meşələri yandırmasına nazirlikdən REAKSİYA

“Təcavüzkar Ermənistan indi də qəsdən Şuşa meşələrini yandırmaqla Azərbaycanın işğal altında saxladığı ərazilərində ekoloji terroru davam etdirir və bölgənin, ümumiyyətlə isə planetimizin ekoloji durumuna qarşısıalınmaz zərərlər vurmaqla yeni növ cinayətlərə əl atır”. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib. Onun sözlərinə görə, işğalçı Ermənistanın olduqca qiymətli Şuşa […]

Cəmiyyət

Azərbaycan QHT-lərinin Ermənistanın qadağan olunmuş silahlardan istifadəsinə dair BƏYANATI

Ermənistan insanlığa qarşı törədiyi cinayətlərin Azərbaycan xalqını qorxurtmadığını və torpaqlarını işğaldan azad etməkdə qərarlı olduğunu görərək yeni və daha təhlükəli metodlara və təxribatlara əl atmağa başlayıb. Bu barədə Azərbaycan QHT-lərin bəyanatında bildirilir. “Belə ki, bu gün Azərbaycan müdafiə nazirliyinin verdiyi rəsmi məlumata görə  işğal altında olan Xocavənd istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun […]

Hadisə

Şəmkirdə maşın ağaca çırpıldı: Ölən var

Şəmkirdə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, qəza Bakı-Qazax magistral yolunun rayonun Düyərli kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı sürücü, 2000-ci il təvəllüdlü Qasımov Eldəniz Məhərrəm oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib, avtomobildə olan […]