Ağstafa sakini xurma ağacından yıxılıb. APA-nın yerli bürosunun məlumatına görə, hadisə Həsənsu kəndində qeydə alınıb. Kənd sakini 1985-ci il təvəllüdlü Xudaverdiyev Pərviz Əsgər oğlu həyətində ağacdan xurma yığan zaman yıxılıb. 34 yaşlı ki dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Author: Xeberal.az
Portuqaliya klubunun azərbaycanlı futbolçusunun qolu komandanı növbəti mərhələyə çıxarıb
Futbol üzrə Azərbaycanın yığmasının hücumçusu Renat Dadaşov “Luletano” ilə matçdakı əlavə vaxtda qələbə qolunu (2:1) vuraraq çıxış etdiyi “Pasuş de Ferreyra” komandasını Portuqaliya Kubokunun növbəti raunduna çıxarıb. Bu barədə XəbərAl.az klubun saytına istinadən xəbər verir. Qeyd edilir ki, onun 110-cu dəqiqədə vurduğu qol komandasının ölkə kubokunda çıxışını davam etdirməyə imkan verib. Qeyd edək ki, R.Dadaşov İngiltərənin “Vulverhemtron” klubu ilə müqavilə imzalayıb. Lakin […]
Siyəzən rayon Təhsil Şöbəsinin müdiri işdən çıxıb
Siyəzən rayon Təhsil Şöbəsinin müdiri işdən çıxıb. XəbərAl.az xəbər verir ki, təhsil şöbəsinin müdiri Rəfail Hacıyev öz istəyi ilə işdən çıxıb. Hələlik onun yerinə təyinat olmayıb. Qeyd edək ki, R.Hacıyev 18 il bu vəzifədə çalışıb.
MSK-nın keçmiş şöbə müdiri vəfat etdi
Mərkəzi Seçki Komissiyasının keçmiş şöbə müdiri vəfat edib. XəbərAl.az xəbər verir ki, MSK Katibliyi təşkilat şöbəsinin sabiq müdiri Zemfira Eminova xəstlik səbəbindən dünyasını dəyişib. MSK rəhbərliyi və katibliyi Z.Eminovanın vəfatı ilə bağlı başsağlığı mesajı yayıb. Allah rəhmət eləsin!
Bakıda dəhşətli ailə faciəsi – Əvvəl atası, sonra özü öldü – FOTO
Oktyabrin 18-də Bakı şəhərinin Nəsimi rayonu, Neftçilər prospektində yeni tikilən yaşayış binasının inşası zamanı bədbəxt hadisə nəticəsində ölən 30 yaşlı Ramiz İsmayılov barəsində bəzi məqamlar üzə çıxıb. XəbərAl.az xəbər verir ki, tikintidə bədbəxt hadisə nəticəsində vəfat edən Ramizin ailəsi Qərbi Azərbaycanın Göyçə mahalının Toxluca kəndindən olub və Bakıda məskunlaşıbmış. Keçən il onun atası vəfat edib. […]
Tramp dünya liderlərini öz otelində qəbul etməkdən imtina etdi – Şok
ABŞ prezidenti Donald Tramp 2020-ci ildə baş tutacaq G-7 sammitinin Mayamidə yerləşən otelində keçirilməsi fikrindən daşındığını bildirib. XəbərAl.az xarici mediaya istinadla xəbər verir ki, bu mövzunun gündəm olmasından sonra Tramp Tvitter səhifəsində Zirvə görüşünün “Trump National Doral” otelində keçirilməyəcəyini və yeni yerlər axtarıldığını yazıb. Qeyd edək ki, 2 gün öncə Ağ Ev 2020-ci ildə baş […]
Netanyahu Pompeo ilə görüşdü: Suriyadan çıxmayın…
Türkiyə səfərindən sonra İsrailə yollanan ABŞ dövlət katibi Mayk Pompeo burada baş nazir Benyamin Netanyahu ilə görüşüb. XəbərAl.az xəbər verir ki, bu barədə “Haaretz” qəzeti israilli rəsmilərə istinadən məlumat yayıb. Məlumata görə, görüş zamanı Netanyahu Pompeodan ABŞ hərbçilərini Suriyadan çıxarmamasını istəyib. İsrail baş naziri bildirib ki, İran və regionda dəstək verdiyi qüvvələrə qarşı mübarizə aparmaq […]
“Barselona”dan darmadağın, “Real”dan məğlubiyyət
İspaniya La Liqasında 9-cu tura start verilib. XəbərAl.az xəbər verir ki, açılış oyununda “Qranada” “Osasuna”nı qəbul edib. Meydan sahibləri bu görüşdə minimal hesabla üstün olublar. “Barselona” bu turda “Eybar”, “Real” isə “Malyorka” səfərinə yollanıb. Kataloniya təmsilçisi böyük hesabla qələbə qazandığı halda, Madrid klubu minimal hesabla məğlub olub. Turun mərkəzi görüşündə “Atletiko” “Valensiya”nı qəbul edib. Bu […]
Ukrayna prezidentinin oxşarı tapıldı – Adı Ümiddir (FOTO/VİDEO)
Rusiyanın paytaxtı Moskvada Ukrayna prezidenti Vladimir Zelenskinin oxşarı tapılıb. Bu barədə “Mash Telegram-kanalı” bildirib. Qeyd edilir ki, Ukrayna liderinin oxşarı paytaxt metrosunda aşkarlanıb. O, Özbəkistan sakinidir. Məlumata görə, həmin şəxsin adı Ümiddir. O Moskvada avtomobil rəngsazı işləyir. Ümid etiraf edib ki, yaxınları onu “Dima” deyə çağırırlar. Zelenskinin oxşarı Moskvaya xanımı və övladları ilə birlikdə gəlib […]
Türkiyə ordusuna hücum: şəhid və yaralı var
Suriyanın Tel Abyad bölgəsində kəşfiyyat və nəzarət missiyası zamanı PKK/YPG terrorçularının açdığı atəş nəticəsində Türkiyə ordusunun bir əsgəri şəhid olub, bir əsgər yaralanıb. XəbərAl.az xəbər verir ki, bu haqda Türkiyənin Müdafiə Nazirliyi bildirib. Xatırladaq ki, oktyabrın 17-də ABŞ və Türkiyə Suriyanın şimalında həyata keçirilən “Sülh çeşməsi” əməliyyatının 120 saat müddətində dayandırılması və YPG terror qruplaşmasının […]