manset Siyasət

Kubanın Prezidenti Azərbaycana gəldi

Kuba Respublikasının Prezidenti Migel Diaz-Kanel Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycan Respublikasına səfərə gəlib. XəbərAl.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Kuba Prezidenti Migel Diaz-Kaneli hava limanında Azərbaycan Respublikası Baş […]

Hadisə Manşetüstü

Bakıda dəhşətli qəza: Ölən var

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. XəbərAl.az xəbər verir ki, rayonun Binəqədi qəsəbəsi ərazisində Qəbələ rayon sakini R.Əzizovun idarə etdiyi “DAF” (yük) və Bakı şəhər sakini Əlicəfər Əkbərovun idarə etdiyi “Saipa” markalı avtomobillər toqquşub. Nəticədə Ə.Əkbərov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.

Dünya manset

Əcnəbi hərbçilər Suriyanı tərk etməldir – Peskov

Suriyada yalnız legitim şəkildə mövcud olan Rusiya hərbçiləridir, digər bütün əcnəbi hərbçilər ölkəni tərk etməlidir. XəbərAl.az xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib. “ABŞ hərbçilərinin Suriyada varlığı məsələsinə toxunsaq, o zaman bildirim ki, bizim mövqeyimiz yaxşı məlumdur: Suriyada legitim şəkildə mövcud olan sadəcə Rusiya hərbçiləridir, çünki məhz Suriya rəhbərliyi tərəfindən dəvət […]

Kriminal manset

Nardaran sakini “AK-74” markalı silahı polisə təhvil verib

Nardaran sakini silah-sursatı polisə təhvil verib. Bu barədə XəbərAl.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Belə ki, polis əməkdaşlarının apardıqları profilaktiki tədbirlər nəticəsində Nardaran qəsəbəsində yaşayan D.Yaxşıbəyov “AK-74” markalı silahı və həmin silaha aid 24 ədəd 5,45 çaplı patronu könüllü olaraq Sabunçu Rayon polis İdarəsinin 42-ci Polis Bölməsinə təhvil verib. Faktla bağlı araşdırma aparılır.

AKTUAL manset

Gəncənin icra başçısı büdcəni belə mənimsəyir… – Faktlar

Azərbaycanda şəhər və rayonlarda tikinti-quruculuq və abadlıq işləri aparılmasına dövlət büdcəsindən hər il yüz milyonlarla vəsait ayrılır. Ancaq bəzən ayrılan vəsaitlər təyinatı üzrə xərclənmir və yaxud görülən işlər keyfiyyətsiz aparılır Tikinti-quruculu və abadlıq işlərinə böyük miqdarda vəsait ayrılan regionlardan biri də Gəncə şəhəridir. Bu ilin mart ayının 4-də Prezident İlham Əliyev Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi haqqında […]

Dünya manset

Rusiya və Ermənistan arasında gərginlik – İrəvandan cavab

“Ermənistan Xarici İşlər Nazirliyinə silah tədarükü üzrə tenderin pozulması ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyindən heç bir mesaj gəlməyib”. XəbərAl.az xəbər verir ki, bunu jurnalistlərə Ermənistan XİN-in mətbuat katibi Anna Nağdalyan söyləyib. Xatırladaq ki, bundan əvvəl Rusiya xəbər agentliyi “RİA Novosti” Rusiya şirkəti ORSIS-in iştirak etdiyi silah tədarükü tenderinin baş tutmaması ilə əlaqədar Rusiyanın Ermənistana […]

Kriminal manset

Qaradağda əməliyyat: Həbs olunan var

Bakının Qaradağ rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib. XəbərAl.az xəbər verir ki, 10-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Qarayevə və Z.Zeynallıya narkotik vasitə satmaqda şübhəli bilinən Lökbatan qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.İbrahimov saxlanılıb. Ətrafında aparılmış tədbirlərlə onun evindən 642 qrama yaxın marixuana, 296 qrama yaxın tiryək, 684 ədəd metodon və 1 ədəd avtomat […]

Dünya manset

Rusiya Suriyaya əlavə ordu göndərir

Rusiya Suriyaya yeni hədəflərin icrası üçün gələn həftə daha 276 hərbi polis və 33 texnika göndərəcək. XəbərAl.az xəbər verir ki, bu məlumatı “RİA Novosti” Rusiya Müdafiə Nazirliyindəki mənbəsinə istinadən yayıb. Qeyd edək ki, bundan öncə Rusiya və Türkiyə arasında Suriyanın şimal-şərqiylə bağlı razılıq əldə olunub.

Manşetüstü Sosial

Bakıda insanları heyrətə gətirən qurğunun nə olduğu ORTAYA ÇIXDI – RƏSMİ

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiya layihəsi çərçivəsində zavoda yüksək təzyiq altında (45 -50 Bar) işləyən 11 ədəd LPG (maye qaz) çənləri (biletləri) gətirilir. Bu barədə SOCAR-ın İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi İbrahim Əhmədov XəbərAl.az -a məlumat verib. Onun sözlərinə görə, İtaliya/Rumıniya istehsalı olan bulletlərin çəkisi 300 tondan çoxdur, uzunluğu 30-60 metr arasında dəyişir. […]