AKTUAL manset

Düşmənin artilleriya qurğuları vuruldu: itkiləri… – Polkovnik

Bu gün səhər saatlarında bölmələrimiz tərəfindən həyata keçirilən tədbirlər nəticəsində düşmənin dərinlikdə olan mövqelərinə, avtomobil texnikasına, dayaq məntəqəsinə, artilleriya qurğularına və canlı qüvvəsinə zərbələr endirilib. Xəbəral.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib. “Sadəcə, düşmən itkilərini gizlətməyə cəhd edir. Lakin yəqin ki, yaxın saatlarda bu barədə məlumat verəcəklər. Xalqımız bilsin […]

Gündəm manset

İlham Əliyev: “Hərbçilərimizin qisası alındı”

“Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq, öz sərhədlərimizi qoruyacaq. Dünən günorta saatlarında və bu gün gecə düşmənə vurulmuş sarsıdıcı zərbələr bir daha onu göstərdi. Həlak olan hərbçilərimizin qisası alındı və onların qanı yerdə qalmayıb və qalmayacaq”. Xəbəral.az  xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı […]

manset Siyasət

İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Xəbəral.az  xəbər verir ki, dövlətimizin başçısı iclasda çıxış edib. Prezident İlham Əliyevin çıxışı -Dünən günorta saatlarında Ermənistan Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törədib. Birinci dəfə deyil ki, dövlət sərhədində Ermənistan tərəfindən hərbi təxribatlar törədilir. Son bir neçə ay ərzində bu […]

AKTUAL manset

Ordumuzun gecə döyüşlərində şəhid olan baş leytenantının FOTOLARI

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib. Xəbəral.az  xəbər verir ki, artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad […]

AKTUAL manset

Tovuzlular orduya dəstək üçün sərhədə axışdı

İşğalçı Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Tovuz rayonu ilə sərhəddə yaşanan insidentdən sonra bir qrup rayon sakini ordumuza dəstək məqsədi ilə düşmənlə sərhəddə getməyə cəhd edib. BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən insanların qarşısını polis alıb. Bununla yanaşı rayon sakinləri daima ordumuzun yanında olduqlarını, istənilən an ərazilərimizin müdafiəsi uğrunda döyüşə hazır olduqlarını ifadə ediblər. Aparılan […]

AKTUAL manset

Şəhidlərimizdən birinin adı məlum oldu — FOTO

Xəbər verdiyimiz kimi, bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb. Xəbəral.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, şəhid olanlardan biri Sadıqov Vüqar Lətif oğludur. […]

Hadisə manset

SON DƏQİQƏ: Ermənilərin hücumunun qarşısı alındı, 3 əsgərimiz şəhid oldu, 4 nəfər… (YENİLƏNDİ)

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Müdafiə Nazirliyindən Xəbəral.az-a verilən məlumata görə, düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad […]

Kriminal manset

Bakıda iki dost güllələndi

Bakıda silahlı insident baş verib. Xəbəral.az  xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Mikayılov Əliağa Əkrəm oğlu və onun dostu 1988-cı il təvəllüdlü Qasımov Faiq Babaqulu oğlu mübahisə etdiyi şəxs və ya şəxslər tərəfindən güllələniblər. Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı Ə. Mikayılovda […]

manset Siyasət

XİN-dən AÇIQLAMA: Düşmən yeni mövqelər ələ keçirmək İSTƏYİB

“Bu ilin 12 iyul tarixində Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçmək cəhdi ediblər”. Xəbəral.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir. Qeyd olunur ki, düşmən qüvvələrin hücumunun qarşısı cavab tədbirləri ilə alınıb. Döyüş nəticəsində Azərbaycan Ordusunun 2 hərbi […]

manset Sosial

Azərbaycanda gəminin 19 heyət üzvü koronavirusa yoluxdu

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Qurban Abbasov” kran-montaj gəmisinin 19 heyət üzvünün COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb. Xəbəral.az xəbər verir ki, Xəzər dənizində neft buruqlarının tikintisi üzrə ixtisaslaşmış gəmidə işçilərin bəzilərinin bədəninin temperaturu yüksəlib və bundan sonra bütün heyət üzvlərindən koronavirus üçün yaxma nümunələri götürülüb. Məlum olub ki, 35 heyət üzvündən 19-u […]