Şou-Biznes

Aysel Şükür: “Mənə təsir edən başqa şeylərdir” – VİDEO

Bir müddətdir bloqer Aysel Şükür həyat yoldaşı Oqtay Əhmədovdan ayrılıb. Xeberal.Az xəbər verir ki, A.Şükürün paylaşdığı video və fotolarda kefsiz olması izləyicilərinin diqqətini çəkib. O, “Instagram” səhifəsində videopaylaşım edərək bildirib ki, hər şey əladır: “Mənə yazırsınız ki, gözündən görünür, depressiyadasan, halsızsan, kefsizsən. Nə depressiyadayam, nə də başqa bir şey yoxdur. Sadəcə olaraq, əsəblərimə görə müalicə alıram. […]

Cəmiyyət

Müəllimlərin işə qəbulu üzrə imtahanlara start verilir

Bu gündən müəllimlərin işə qəbulu üzrə imtahanlar başlayır. Təhsil Nazirliyindən verilən məlumata görə, imtahanların ilk günündə fizika və fransız dili müəllimi olmaq istəyən namizədlər iştirak edəcək. İmtahanlar ümumilikdə təxminən 18 gün davam edəcək. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla, ümumilikdə 60 sual təqdim olunacaq.

Cəmiyyət

Nazirdən məhkumlarla bağlı ƏMR

Müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzalara məhkum olunmuş şəxslərlə tərbiyə və psixoloji yardım işinin təşkili haqqında Təlimat” təsdiqlənib. Xeberal.Az-ın məlumatına görə, bununla bağlı Ədliyyə naziri Fikrət Məmmədov qərar imzalayıb. Bu təlimat məhkumlarla tərbiyə və psixoloji yardım işinin təşkili məsələlərini tənzimləyir. Məhkumlarla aparılan tərbiyə işi onların ictimai faydalı əməklə məşğul olmasına, əməyə vicdanlı münasibətə və cəmiyyətdə qəbul olunmuş davranış normalarına riayət edilməsinə hədəflənib. Həmçinin, dustaqların təhsil və mədəniyyət səviyyəsinin […]

Cəmiyyət

DTX səfir Eldar Həsənovu həbs etdi

Xeberal.Az saytı DTX-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi […]

Araşdırma

Suvarma pullarını yeyən daha bir AKULA… – Büdcə pullarının izi ilə…

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanovun oğlunun avtomobil kolleksiyası üzə çıxıb. Xeberal.Az xəbər verir ki, bu barədə məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli paylaşıb. Jurnalist bildirib ki, Avtomobillərinin bəzilərinin nömrələri soyadına uyğun Asl × nov (× sıralama rəqəmlərlə ifadə olunur, məs. 1,2,3,4,5 və s.) kimi qeydiyyata alınıb: “Kolleksiyada Bentley, Range Rover, Mercedes S […]

Təhsil

Ali və orta ixtisas təhsili müəssisələrində tədrisin distant təşkili təklif olundu

“Ali və orta ixtisas təhsili alan tələbələrin yüksək hərəkətlilik və yoluxma risklərini nəzərə alaraq, tədris prosesi bu təhsil pilləsində distant formada davam etdirilməsi təklif olunur”. Xeberal.Az-ın məlumatına görə, bu barədə Təhsil İnstitutunun COVID-19 şəraitində yeni tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin təşkil ilə bağlı təklif və tövsiyələri əks etdirən elmi araşdırma nəticələrində yer alıb. Təklifdə bildirilib […]

Hüquq

Şəxs hansı halda ona dəymiş zərərin tam ödənilməsini tələb edə bilər?

Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, şəxs ona dəymiş zərərin əvəzininin ödənilməsini tələb etmək hüququna malikdir. Xeberal.Az-ın məlumatına görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş […]

Siyasət

İlham Əliyev qanun imzaladı

Prezident İlham Əliyev “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanuna dəyişikliyi təsdiqləyib. Xeberal.Az xəbər verir ki, sənədə əsasən, “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanunda dəyişikliklər edilib. 1. 1-ci maddədə hər iki halda “128 235 400,0” rəqəmləri “151 235 400,0” rəqəmləri ilə əvəz edilsin. 2. 2-ci maddə üzrə: 2.1. 1.1-ci və 1.2-ci bəndlərdə […]