Asiya

Türkiyədə meşə yanğınlarının baş verdiyi rayonlar təbii fəlakət bölgəsi elan edildi

Sharing is caring!

Türkiyədə meşə yanğınları baş verən rayonlar təbii fəlakət bölgəsi elan edilib.

XəbərAl.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, Antalyanın Manavgat, Akseki, Alanya, Gündoğmuş və Qazipaşa rayonları, Muğlanın Marmaris, Bodrum, Milas, Göyçekiz və Seyidkəmər rayonları, Mersinin Aydınçik və Silivke rayonları, Osmaniyyənin Mərkəz və Kadirli rayonları, Adananın isə Aladağ, İmamoğlu, Karaisalı, Kozan rayonları təbii fəlakət bölgələri elan edilib.

“Meşə yanğınlarının təsirinə məruz qalan bölgələrimizi təbii fəlakət bölgəsi elan etdik. Millətimizə dəyən zərərin aradan qaldırılması və onların durumunun əvvəlkindən yaxşı olması üçün lazım olan bütün addımları atacağıq”, – o vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir