Asiya

Türkiyənin pilotsuz döyüş təyyarəsi — FOTOLAR

Türkiyənin aero-kosmik sənaye qurumu olan “Baykar”ın rəhbəri Selçuk Bayraktar istehsal ediləcək yeni döyüş təyyarəsi barədə açıqlama verib.

“Report”un xəbərinə görə, o bildirib ki, yeni təyyarənin sürəti səs sürətinə yaxın olacaq.

“Bundan sonraki layihəmizin prototipləri isə səsin sürətindən çox olacaq. Növbəti layihəmizi supersonik qabiliyyətə malik formada istehsal edəcəyik” – o, əlavə edib.

X X X

“Pilotsuz hücum təyyarə sistemi layihəmizin konseptual dizayn görüntülərini ilk dəfə paylaşırıq”

XəbərAl.az 
xəbər verir ki, bu barədə Türkiyənin Aero-kosmik sənaye qurumu olan “Baykar”ın rəsmi feysbuk hesabında paylaşım edilib.

Qeyd edək ki, Türkiyənin arsenalına qatacağı müasir texnologiyalı aero-kosmik təyyarə, silah-sursat və avadanlıqları Milli Texnologiya Həmləsi proqramı çərçivəsində hazırlanmaqdadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir