Asiya

Sedat Pekerin həbsi barədə qərar verildi

Sharing is caring!

Son günlər Türkiyənin daxili işlər naziri Süleyman Soylu ilə bağlı qalmaqallı açıqlamaları ilə gündəmdə olan mafiya rəhbəri Sedat Peker barədə həbs qərarı verilib.

“XəbərAl.az” “Hürriyət”ə istinadən xəbər verir ki, qərar Ankara Baş Prokurorluğunun tələbi ilə verilib.

“Sedat Pekerə qarşı davam edən istintaq çərçivəsində Baş Prokurorluğumuzun tələbi ilə Ankara 2-ci Sülh Cəza Məhkəməsi tərəfindən həbs qərarı verilib”, -deyə prokurorluğun açıqlamasında vurğulanıb.

Bu məqamda bildirək ki, daha öncə Türkiyə KİV orqanlarında 49 yaşlı Pekerin ölkədən qaçdıqdan sonra müxtəlif vaxtlarda Kosova, Makedoniya və Mərakeşdə yaşadığı barədə məlumatlar yayılıb. Hazırda isə kriminal avtoritetin BƏƏ-də məskunlaşdığı iddia olunur.

Qeyd edək ki, Sedat Pekerin yayımladığı videomüraciətlərdə türkiyəli millət vəkiləri, keçmiş nazirlər və digər rəsmi şəxslər haqqında səsləndirdiyi qalmaqallı iddialar Türkiyədə geniş müzakirələrə səbəb olub. Hətta ötən gün Prezident Rəcəb Tayyib Ərdoğan Süleyman Soylu ilə bağlı məsələyə münasibət bildirərək DİN rəhbərini hədəf alan hücumların arxasında Türkiyədəki əmin-amanlıqdan narahat olan və ölkəni qarışdırmaq istəyənlərin durduğunu qeyd edib.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir