Asiya

Çində yeni koronavirus ocağı aşkar olunub

Sharing is caring!

Çinin şimal-şərqindəki İnkou şəhərində yeni koronavirus ocağı aşkar olunub.

Şəhərin Səhiyyə və Gigiyena İdarəsinin məlumatına görə, burada artıq beş yoluxma halı qeydə alınıb. Xəstələrdən üçündə heç bir yoluxma əlaməti müşahidə olunmayıb. Yoluxanların hamısı eyni müəssisənin əməkdaşlarıdırlar. 

Ekspertlər onların əlaqədə olduqları 265 nəfəri də müəyyən ediblər. Hazırda həmin şəxslərin yoxlanışı aparılır. 

İnkou sakinlərinə isə ciddi ehtiyac olmadan şəhəri tərk etməmələri tövsiyyə olunub. Qeyd edək ki, şəhərin 2.3 milyon əhalisi var.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir