Asiya

Türkiyədə hərbi təyyarə qəzaya düşdü, pilot həlak oldu

Sharing is caring!

Türkiyədə Hərbi Hava Qüvvələrinə məxsus “NF-5” təyyarəsi qəzaya düşüb.

“XəbərAl.az” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qəzanın təlim uçuşu zamanı baş verdiyi bildirilib. Qəza nəticəsində təyyarəni idarə edən pilot şəhid olub. 

“Konyada təlim uçuşu zamanı qəzaya uğrayan Hava Qüvvələrimizin “NF-5” təyyarəsinin pilotu şəhid oldu. Qəhrəman pilotumuza Allahdan rəhmət, kədərli ailəsinə, Türk Silahlı Qüvvələrinə və Böyük Türk Millətinə başsağlığı və səbr diləyirik”,- deyə nazirliyin tvitter hesabında bildirilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəza ilə bağlı tvitter hesabındakı paylaşımında qeyd edib: “Konyadakı bir nümayiş təyyarəsinin təlim uçuşu əsnasında qəzaya düşdüyünü və pilotumuzun şəhid olduğunu çox böyük təəssüflə öyrəndim. Allahdan şəhidimizə rəhmət diləyir, ailəsinə, yaxınlarına, Türkiyə Silahlı Qüvvələrinə və millətinə başsağlığı diləyirəm”.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir