Asiya

Hüquq ekspertı İsmayil Zalov: Çindən gələn növbəti təhlüka – “Bonzai” sintetik narkotik məhsulu

Sharing is caring!

Bəli, qoca Şərqin super ölkəsi sayılan Çindən növbəti ölümsaçan vasitə “BONZAİ” adlı sintetik narkotik maddə dünyaya yayılmaqdadır…
Dünyada ən təhlükəli narotiki sayılan “Bonzai” Çində istehsal olunur. Beyinə zərər vuran, davranışı korlayan bu maddənin istifadəçiləri cəmiyyətdə insanlara qarşı şiddət göstərməyə meyilli olurlar. Aqressiya o həddə çatır ki, bu uyuşdurucunu qəbul edən adam özünü binadan atır və yaxud da yaxın adamlarını öldürməyə cəhd edir.

Mütəxəsislərin sözlərinə görə, sintetik uyuşdurucular adi narkotik vasitələrdən daha təhlükəlidir. Biz də bununla razılaşırıq. Adi narkotik vasitə sintetik uyuşduruculardan bir qədər baha olur. Təbii şəraitdə yetişdirilən narkotik maddələr 5-8 dəfə, sintetik uyuşdurucular isə 2-3 istifadədən sonra asılılıq yaradır. Sintetik uyuşdurucuların müalicəsi təbii olanlara nisbətən daha çətindir. Süni narkotik maddələrə qarşı uzunmüddətli müalicə aparılmalıdır ki, nəticə əldə etmək mümkün olsun. Bununla yanaşı, insanların psixoloji problemləri də həll edilməlidir. Narkotik aludəçisi olan xəstələr daim həkim nəzarətində olmalıdır. Əsas məsələ odur ki, xəstənin özünün sağalmağa meyili olsun. Onu da deyim ki, bu maddə istifadəçiləri olan yeniyetmələrin müalicəsi nisbətən çətin olur. Çünki onlar yenicə həyatı dərk etməyə başlayanda bu maddənin cənginə düşürlər və qurtulmaq o qədər də asan olmur.

Sintetik uyuşdurucu istifadəçilərində digər narkomanlara nisbətən ölüm riski yüksək olsa da, müalicəsi tamamilə mümkünsüz deyil. Müalicə zamanı xəstədən iradəli olmaq tələb olunur. Bundan əlavə, xəstəyə yaxınlarının dəstəyi də çox önəmlidir.

Və bu zəhrimar artıq ölkəmizə ayaq açıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir