Asiya

BƏƏ-nin İsrail səfirliyinin açılışı təxirə salınıb

Sharing is caring!

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İsraildə koronavirusun yayılması ilə bağlı tətbiq olunan məhdudiyyətlər səbəbindən bu ölkədə öz səfirliyinin açılmasını təxirə salmalı olub.

XəbərAl.az TASS-a istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi məlumat yayıb.

Məlumata görə, “açılışın təxirə salınması koronavirus pandemiyasına qarşı mübarizə məqsədi ilə Tel-Əvivdə tətbiq olunan hərəkət məhdudiyyətləri ilə bağlıdır”. Nazirlik hazırda “diplomatik nümayəndəliyin açılışı ilə bağlı işlərin israilli həmkarlarla koordinasiya şəklində aparıldığını” qeyd edib.

Qeyd edək ki, yanvarın 24-də Əbu-Dabi şəhərində İsrailin BƏƏ-dəki səfirliyi rəsmi olaraq açılıb. Elə həmin gün əmirliklərin Tel-Əvivdəki səfirliyinin açılması da təsdiqlənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir