Türkiyədən “Bayraktar” TB2 alan Ukrayna həmin PUA-lara qarşı silah hazırlayıb.
XəbərAl.az xəbər verir ki, silaha “Cobra-AntiDrone” adı verilib.
Məlumata görə, silahın PUA-nın qarşısını alma yüksəkliyi 2 kilometr, döyüş radiusu isə 5 kilometrdir.
Bildirək ki, Türkiyənin istehsal etdiyi PUA-lar Dağlıq Qarabağda və Suriyada böyük bir müvəffəqiyyətə səbəb olduqdan sonra bütün dünyanın diqqət mərkəzinə çevrilib.
Baş verən hadisələrin ardınca Ukrayna Türkiyə ilə 48 ədəd PUA almaq üçün müqavilə imzalayıb. Onların bir qismi hazırda Ukraynaya təhvil verilib.