Asiya

Ərdoğanın qardaşı oğlu koronavirusdan dünyasını dəyişdi

Sharing is caring!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşı oğlu Əhməd Ərdoğan 73 yaşında dünyasını dəyişib.

XəbərAl.az “Hürriyet”ə istinadən xəbər verir ki, Ə.Ərdoğan koronavirus səbəbindən müalicə aldığı Kocaeli dövlət xəstəxanasında vəfat edib. Koronavirus testi pozitiv çıxan Əhməd Ərdoğan süni tənəffüs cihazına bağlı olub.

O, doğma yurdu Rizenin Güneysu rayonunda dəfn olunacaq.

Qeyd edək ki, Əhməd Ərdoğan Rəcəb Tayyib Ərdoğanın böyük qardaşı Həsən Ərdoğanın oğludur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir