Asiya

İran Prezidenti: “Allaha şükürlər olsun ki, Trampın şərindən xilas olduq”

Sharing is caring!

“Allaha şükürlər olsun ki, Trampın şərindən xilas olduq”.

Bunu bu gün İran Prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında deyib. 

O, ABŞ-ın İrana qarşı apardığı iqtisadi müharibəni İran-İraq müharibəsi ilə müqayisə edərək hər iki cəbhədə İran xalqının müqavimətinin qələbə çaldığını bildirib: “İran xalqının qələbəsinin və düşmənin iqtisadi müharibədə məğlub olmasının sübutlarından biri Tramp dövrünün başa çatmasıdır. Beynəlxalq Valyuta Fondu koronavirus pandemiyası yayıldığı zaman İrana 5 milyard dollarlıq tibbi yardım etmək istəyirdi. Ağ Ev isə buna imkan vermədi”.

  1. Ruhani ABŞ-ın yeni administrasiyasının hazırkı Prezident Donald Trampın İrana qarşı qəbul etdiyi qərarlarını tez bir zamanda ləğv edəcəyinə ümid etdiklərini qeyd edib: “Belə olarsa, İran və ABŞ 20 yanvar 2017-ci ildəki dövrə qayıda bilər. Bu məsələnin həll yolu ola bilər və şəraiti dəyişə bilər. Bizim proqramlarımız ən ağır şəraitə uyğun tənzimlənib və biz bu proqramları öncədən tədarük görmüşük”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir