Asiya

İran Prezidentinin müavini koronavirusa yoluxub

Sharing is caring!

İran Prezidentinin qadın və ailə məsələləri üzrə müavini Məsumə İbtikar koronavirusa yoluxub.

 Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Qeyd edək ki, İran parlamentinin Milli təhlükəsizlik məsələləri üzrə komitəsinin rəhbəri Mojtaba Zonnur, parlamentin digər deputatı Mahmud Sadeki və İran Səhiyyə nazirinin müavini İrəc Hərirçi də koronavirusa yoluxub.

Xatırladaq ki, İranda koronavirusdan ölənlərin sayı 26-ya çatıb. Koronavirusa yoluxanların sayının isə 245-ə yüksəldiyi bildirilir. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir