Araşdırma

Gəncədə daha bir saxta diplomlu məmur… – CİDDİ POST TUTUR.

Sharing is caring!

Saxta diplomlarla vəzifələrə təyin olunan məmurların ifşası az qala hə gün davam etsə də, bu problem tam olaraq həllini tapmayıb. Əslində keçmiş Təhsil Naziri Misir Mərdanovun dövründəki özbaşınalıq və boşluq səbəbindən yaranmış saxta diplom bazarının yetərincə müştərisi var ki, bu gün ciddi vəzifələrdə belə təmsil olunurlar. Təbii ki, onların ifşası müəyyən zaman almaqdadır.
Belə məmurlardan biri də hazırda Gəncədə ciddi vəzifə daşıyır. Bu barədə redaksiyamıza rayondan informasiya verilib. Xəbəri verən qaynaq iddia edir ki, “Gəncə Su-kanal” Törəmə Səhmdar Cəmiyyətinə rəisi vəzifəsini tutan Şöhrəddin Verdiyevin diplomu saxtadır.
Qeyd edək ki, Şöhrəddin Verdiyev bu vəzifəyə 2019-cu ildə təyin olunub və bu işdə Gəncənin RİH rəhbəri Niyazi Bayramovun iştirak payınının yetərincə olduğu da deyilir. Mənbənin söylədikləri:
“Elə buna görədir ki, bu gün Şöhrəddin Verdiyev saxta diplomla ciddi postu tutur. Əgər müvafiq dövlət qurumları bu faktı araşdırsalar, əmin ola bilərlər…”
//Dia.az//

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.