Araşdırma

Elmi Bərpa Mərkəzində şübhəli satınalmalar… – İLGİNC FAKTLAR

Sharing is caring!

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi 2021-ci ilin sentyabr ayının 2-də 234.606 manatlıq satınalmaya yekun vurub.

Xəbəral.az xəbər verir ki, Mərkəzin “Sərgi və tədbirlər üçün iş və xidmətlərin satın alınması” lotunüzrə sifarişçi olduğu satınalmanın məbləği 149.376 manat, qalibi “FOKS LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Kimyəvi maddələr və parçaların satın alınması” lotu üzrə satınalmanın məbləği 49.773 manat, qalibi “FORESTART” Məhdud Məsuliyyətli Cəmiyyəti, “İnşaat materiallarının satın alınması və təmir işləri” lotu üzrə satınalmanın məbləği 19.864 manat, qalibi “SİRİUS PLUS LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti və sonuncu “Dəftərxana və təsərrüfat mallarının satın alınması” lotu üzrə satınalmanın məbləği 21.593 manat, qalibi isə “GALLERY PLUS LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi 2021-ci ilin sentyabr ayının 2-də sifarişçi olduğu satınalmada qalib olan MMC-lərin dördü də eyni ildə təsis edilib. Maraqlıdır ki, bu MMC-lərin hamısının qanuni təmsilçiləri eyni bölgədəndirlər. İddialara görə Mərkəzin satınalmalarının qalibi olan bu MMC-lər hansısa “vahid mərkəz” tərəfindən idarə olunur.

“Vahid Mərkəz”dən idarə olunan MMC-lər…

Mərkəzin 149.376 manatlıq satınalmasının qalibi “FOKS LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti 2019-cu ilin iyul ayının 4-də təsis edilib. Şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Fərhadov Oruc Mürsəl oğludur. Qlobal.az-ın əldə etdiyi məlumata görə 1978-ci il təvəllüdlü Oruc Fərhadov əslən Cəbrayıl rayonundandır.

Qurumun 49.773 manatləq satınalmasının qalibi “FORESTART” Məhdud Məsuliyyətli Cəmiyyəti 2019-cu ilin noyabr ayının 20-də qeydiyyata alınıb. Bu şirkətin nizamnamə kapitalı 5 manat, qanuni təmsilçis isə Aslanov Seymur Qara oğludur. Qlobal.az-ın əldə etdiyi məlumata görə 1985-ci il təvəllüdlü Seymur Aslanov da Cəbrayıl rayonundandır.

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin 19.864 manat məbləği olan satınalmasının qalibi “SİRİUS PLUS LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti 2019-cu ilin iyul ayının 17-də qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı on manat, qanuni təmsilçisi isə Əsədov Seymur Zeynəddin oğludur. Əsədov Seymur Zeynəddin oğlunun da Cəbrayıl rayonundan olduğu bildirilir.

Mərkəzin sentyabr ayının 2-də sifarişçi olduğu 21.593 manat smetası olan sonuncu satınalmasının qalibi “GALLERY PLUS LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti 2019-cu ilin avqust ayının 5-də qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı on manat, qanuni təmsilçisi isə Cabbarov Asif Tariyel oğludur. Qlobal.az-ın əldə etdiyi məlumata görə 1975-ci il təvəllüdlü Asif Cabbarov əslən Zəngilan rayonundandır.

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi 2021-ci ilin sentyabr ayının 2-də sifarişçi olduğu satınalmalarda qalib elan edilən bu təşkilatların heç birinin əlaqə telefonu, faktiki ünvanı, uyğunluq sertifikatları, lisenziyaları, fəaliyyət profilləri barədə məlumat yoxdur.

Bu MMC-lərin kimlərsə tərəfindən məcburi köçkünlərin adlarına rəsmiləşdirildiyi deyilir.
Xatırladaq ki, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikovadır. Z.Məlikova 2001-ci ildən indiyədək Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinə rəhbərlik edir.

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi məsələyə münasibət bildirməyib.//Qlobal.az//

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir