Araşdırma

Cavid Qurbanovun seçdirdiyi deputat Jalə Əliyevada təşvişdə: Ona yolun sonu göründü

Sharing is caring!

Dünən Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunan, 30 illik dəmiryolçu Cavid Qurbanovun vəzifədə olan qohumları ilə bağlı jurnalist Həbib Müntəzir məlumat paylaşıb. Xəbəral.az – ın məlumatına görə, AzToday.az xəbər verir ki, şərti olaraq “Kəlbəcər klanı” adlandırılan Cavid Qurbanovun vəzifəli qohumlarının siyahısı:

Vyana Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Eldar qızı Qasımova – Cavid Qurbanovun həyat yoldaşı,

Ədliyyə müşaviri, Baş prokurorluqda Cinayət təqibindən kənar icraat idarəsinin rəis müavini Şəmşir Şəmşirli – Cavid Qurbanovun oğlu,

Abşeron rayon Polis Şöbəsinin rəisi Şəhriyar Şəmşirli – Cavid Qurbanovun qardaşı,

Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi işləmiş, “Az-Qo” MMC və “Sayalı” MMC şirkətlərinin sahibi, işadamı İlqar Qurbanov – Cavid Qurbanovun qardaşı,

Milli Məclisin deputatı Aqil Məmmədov – Cavid Qurbanovun əmisi oğlu,

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev – Cavid Qurbanovun qohumu, Aqil Məmmədovun əmisi nəvəsi,

Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinin prokuroru Nicat Şəmşirov – Cavid Qurbanovun əmisi oğlu,

Xəzər rayonu Yol İstismar İdarəsinin rəisi Cabir Qurbanov – əmisi oğlu

Sumqayıt şəhər Məşğulluq İdarəsində şöbə müdiri Nahid Şəmşirov – Cavid Qurbanovun əmisi oğlu,

Kəlbəcərin Ağdaban kənd icra nümayəndəsi Murad Qurbanov – Cavid Qurbanovun əmisi oğlu,

Nəqliyyatda Baş Polis İdarəsində yüksək vəzifədə çalışan Əkbər Şəmşirli – Cavid Qurbanovun qardaşı oğlu,

Yevlax Rayonu, Kolanı kəndində Quşçuluq firmasının rəhbəri Fərhad Şabər oğlu Qurbanov – Cavid Qurbanovun əmisi oğlu,

“Azərbaycan Dəmir Yolları” QSC-nin həkim-sanitar xidmətinin rəisi Adil Şükürov – Cavid Qurbanovun yaxın qohumu,

“KDY logistics” adlı dəmir yolu ilə yük daşımaları şirkətinin rəhbəri Qalib Məmmədov – Cavid Qurbanovun qohumu.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasını qiyabi oxuyan, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov – Cavid Qurbanovun yaxın adamı, qohumuq əlaqələri olduğu da deyilir,

Dağıstanın Yujdağ İnstitutunun Hüquq fakültəsi diplomu ilə Bakı Apellyasiya Məhkəməsinin hakimi olmuş Xəyalə Cəmilova, kəlbəcərli şair Adil Cəmilin qızı – Cavid Qurbanovun yaxın adamı,

Parlamentin deputatı Jalə Əliyeva – Cavid Qurbanovun kurasiyasında olan deputatlardan biri,

Vəsilə Abdulova – Cavid Qurbanovun himayəsində olan “TOPAZ”- qumar biznesinə rəhbərlik edən şəxs,

Kəlbəcər rayon 2 saylı orta məktəbin direktoru Azad Əsgərov – Cavid Qurbanovun qohumu

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.