Araşdırma Manşetüstü

ABŞ əsgərləri döyüşmək istəmir – ŞOK ARAŞDIRMA

Amerika əsgərlərinin böyük əksəriyyəti ABŞ-ın İraq və Əfqanıstandakı hərbi fəaliyyətini lazımsız hesab edir.

XeberAl.az xəbər verir ki, “Pew” Araşdırma Mərkəzi apardığı gündəlik araşdırma nəticəsində bu qənaətə gəlib.

Araşdırmaya əsasən, sabiq amerikalı əsgərlərin 64 %-i maliyyə baxımından ABŞ-ın girdiyi müharibələrin lazımsız olduğunu bildirir. 33 %-i isə müharibələrin lazımlı olduğunu düşünür.

İctimaiyyətin də rəyinə yer verilən anket sorğusunda bənzər nəticə əldə olunub. Xalqın 62 %-i İraq, 59 %-i isə Əfqanıstan müharibəsinin lazımsız olduğunu düşünür.

Hər iki müharibəyə qatılan əsgərlər qatılmayanlara nisbətən daha qətiyyətli şəkildə müharibəyə qarşı çıxıb. Respublikaçılar Partiyasını dəstəkləyən əsgərlər Demokratlara nisbətən daha çox müharibə tərəfdarıdır.