Araşdırma

Ermənilərdən qaynaqlanan “1XBET” Azərbaycan üçün hansı təhlükə yaradır? -Araşdırma

Sharing is caring!

Xəbəral.az-ın araşdırmasına görə, fəaliyyətini əsasən Ermənistan və postsovet məkanında təşkil edən “1xBet” bir çox ölkələrdə blok edilir, o cümlədən artıq Azərbaycanda, Rusiyada. Son olaraq bir neçə gün öncə onun fəaliyyəti Gürcüstanda dayandırılıb. 

Xatırladaq ki, “1XBET” şirkəti ölkəmizdə qeyri-qanuni yolla internet üzərindən fəaliyyət göstərməsi ilə bağlı geniş məlumat vermişdik.Bu isə o deməkdir ki, “1XBET” bukmeker kontoru vasitəsi ilə mərc edənlərin uduşunun yüzfaizli təminatı yoxdur. Belə olan halda, itirən və aldadılan tərəf yalnız müştəridir. İş burasındadır ki, bu mərc şirkətinin Azərbaycanda heç ofisi də yoxdur!

Belə ki, servisin əsaslı hesab edib araşdırmasına başladığı 440 milyon rubl dəyərindəki pretenziyaların yalnız 3,6%-i kontor tərəfindən haqlı sayılıb, 93%-ə isə ümumiyyətlə, məhəl qoyulmayıb.

İnsanları tez bir zamanda tora salmağa müvəffəq olan “1XBET” qumar oyunları artıq sosial şəbəkələrdə, kütləvi yayılmaq üzrədir.

Mənbəyi, mənşəyi bilinməyən “1XBET” qumar oyunları sosial şəbəkələr üzərindən, harda başlayıb harda bitdiyi məlum deyildir.

Belə bir nəticəyə gəlirik ki, “1XBET” bizə düşmən ermənistandan, qəstən başlanılıb və virus kimi, cibizin qara kabusuna çevirib.

Xəbəral.az-bir neçə dəfə “1XBET” bukmeker kontorunun AFFA-nın və dünya furbol ulduzlarının adından istifadə edərək, onların şəkillərini icazəsiz paylaşmaları haqqında yazı dərc etmişdi.

Xəbəral.az xəbər verir ki, 1XBET şirkəti ölkəmizdə qeyri-qanuni yolla internet üzərindən fəaliyyət göstərir. Bu isə o deməkdir ki, “1XBET” bukmeker kontoru vasitəsi ilə mərc edənlərin uduşunun yüzfaizli təminatı yoxdur. Belə olan halda, itirən və aldadılan tərəf yalnız müştəridir. İş burasındadır ki, bu mərc şirkətinin Azərbaycanda heç ofisi də yoxdur!

Xəbəral.az olaraq “1XBET”-in rəsmi baş ofistini tapmaq üçün bir neçə yerə sorğu göndərsək də, heç bir nəticə əldə edə bilməmişik.

Qarşı tərəfin mövqe haqqını tanıyırıq

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir