Araşdırma

Çalışın “1XBET” qumar oyunun toruna düşməyəsiniz-Araşdırma

Sharing is caring!

Xəbəral.az-ın keçən yazısında “1XBET” bukmeker kontorunun AFFA-nın və dünya furbol ulduzlarının adından istifadə edərək, onların şəkillərini icazəsiz paylaşmaları haqqında yazı dərc etmişdik.

İndi isə bu şirkər haqqında kiçik bir araşdırma edək:

Xəbəral.az xəbər verir ki, 1XBET şirkəti ölkəmizdə qeyri-qanuni yolla internet üzərindən fəaliyyət göstərir. Bu isə o deməkdir ki, “1XBET” bukmeker kontoru vasitəsi ilə mərc edənlərin uduşunun yüzfaizli təminatı yoxdur. Belə olan halda, itirən və aldadılan tərəf yalnız müştəridir. İş burasındadır ki, bu mərc şirkətinin Azərbaycanda heç ofisi də yoxdur!

Belə ki, servisin əsaslı hesab edib araşdırmasına başladığı 440 milyon rubl dəyərindəki pretenziyaların yalnız 3,6%-i kontor tərəfindən haqlı sayılıb, 93%-ə isə ümumiyyətlə, məhəl qoyulmayıb.

İnsanları tez bir zamanda tora salmağa müvəffəq olan “1XBET” qumar oyunları artıq sosial şəbəkələrdə, kütləvi yayılmaq üzrədir.

Xəbəral.az-ın araşdırmasına görə, fəaliyyətini əsasən Avropa ölkələri və postsovet məkanında təşkil edən “1xBet” bir çox ölkələrdə blok edilir, o cümlədən ABŞ və Rusiyada. Son olaraq bir neçə gün öncə onun Böyük Britaniyada fəaliyyəti dayandırılıb. Buna səbəb kontorun Keniyada məktəblərdə keçirildiyi güman edilən U16 basketbol oyunlarına və başqa yarışlara dair mərclər qəbul etməsi olub. Uşaqlar üzərində mərc qurmaq qanun pozuntusu olmaqla yanaşı, həm də etik normaya sığmayan haldır. 

Amma nədənsə Azərbaycanda “1xBet” qumar oyunları kütləvi yayılaraq yaşından asılı olmayaraq hər kəsi pulsuz qoya bilir

Xatıraladaq ki, bəzi yerli və xarici saytlarda 1XBET bukmeyker kontorunun Azərbaycan millisinin futbolçularının şəkillərindən reklam vasitəsi kimi istifadə etdiyini görmək mümkündür.

İnanırıq ki, Xəbəral.az saytının bu yazısından sonra, aidiyyəti qurumlar Azərbaycanda qeri-qanuni fəaliyyət göstərən qumar və mərc oyunlarının qarşısının alınması üçün lazımı tədbirlər görəcəkdir.

Mövzuya daha ətraflı növbəti yazımızda qayıdacağıq…

Qarşı tərəfin mövqe haqqını tanıyırıq

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir