Araşdırma

Azərbaycanı milyonlardan məhrum edən iki səbəb: – AZAL VƏ BAHALIQ

Sharing is caring!

Azərbaycanda turiz sektorunun inkişafı üçün müəyyən işlər görülür.

Son illərin statistikasına nəzər saldıqda, istər ölkəyə gələn turist sayında, istərsə də ölkə iqtisadiyyatına təsiri əmsalında müsbət dinamıkanı görmək mükündür.

Qeyd edək ki, Dövlət Turizm Agentliyi ölkənin turistlər üçün cəlbediciliyini göstərmək məqsədilə müxtəlif beynəlxalq sərgilərdə, formlarda iştirak edir. Son olaraq Agentlik OTDYKH Leisure 2021” beynəlxalq sərgi-forumunda iştirak edib və ölkənin turizm potensialını nümayiş etdirib.

Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə form haqqında danışarkən deyib ki, “OTDYKH Leisure 2021” beynəlxalq sərgi-forumu çox səmərəli platformadır, burada Azərbaycanın nəinki işğaldan azad olunmuş Qarabağ, həm də başqa bölgələrinin turizm imkanlarını təqdim edə bilərik.

“Əcnəbilərin buna marağını görürük. Turizm sektorumuz koronavirus (COVID-19) pandemiyasından çox ziyan çəksə də, birtəhər davam gətirə bildik. Bu ilin yanvar ayınadək turizmdə bir növ, fasilə götürdük. Əhalinin peyvəndlənməsi böyük əhəmiyyət daşıyır. Hər halda əhvalımızı pozmur, bu sahənin gələcəyinə böyük ümidlər bəsləyirik. 2023-cü ilədək vəziyyətin düzələcəyinə inanırıq”, – deyə o qeyd edib.

Göründüyü kimi, Azərbaycanda turizmin inkişafı üçün müxtəlif işlər görülür. Amma bəllidir ki, Azərbaycanda turizmin inkişafına maneə yaradan əsas iki səbəb mövcuddur: “Azərbaycan Hava Yolları”nın (AZAL) bahalı biletləri və hotellərin yüksək qiymətləri. Bu səbəblər aradan qaldırılmasa, əcnəbilər Azərbaycana gələrmi?

İqtisadçı-alim Fuad İbrahimov Cebhe.info-ya açıqlamasında deyib ki, uzun müddət Azərbaycan turizmə maneə yaradan əsas amil vizanın alınması idi:

“Azərbaycan kifayət qədər “qapalı məkan” siyasəti aparırdı. Azərbaycana “turist vizası” alıb gəlmək belə müşkül məsələ idi. Ancaq bu problem bir dövrdə tamamilə aradan qaldırıldı, hətta onlayn qaydada belə vizaların alınması mümkün oldu.Sonradan statistik məlumatlarda turistlərin ölkəyə gəlməsində 3-4 dəfə artım qeydə alınd. Növbəti mərhələdə turistlərin Azərbaycana gəlişini sitimullaşdıracaq əsas məsələ hava məkanı ilə bağlıdır. Bilirik ki, bu məsələdə hegemonluq “Azərbaycan Hava Yolları”nın əlindədir. Uzun zamandır ki, AZAL bu məsələdə yumşaldıcı elementlərdən istifadə etmir. Bu da turizm sektorunu iflic edən əsas amildir”.

Hotellərin baha olmasına gəlincə, Fuad İbrahimov əlavə edib ki, bu gün Azərbaycanda kifayət qədər müxtəlif kateqoriyada hotellər var:

“Müxtəlif regionlarda insanlar kifayət qədər məlumatlıdırlar və müxtəlif saytlar vasitəsilə öz evlərini ucuz qiymətə turistlərə təklif edirlər. Hətta rayonlara səfər zamanı yol kənarlarında “şəxsi hostel” elanlarını görürük. Bu xidmətlərdən istifadə edən turistlər isə kifayət qədərdir. Ancaq ümumi götürəndə Azərbaycanda hotellərin qiymətləri Gürcüstan və Türkiyə ilə müqayisədə bahadır və bunu tənzimləmək lazımdır. Turizm sektorunu əhatə edən dövlət qurumları bu istiqamətdə işlər görməlidir. Ümumi olaraq Azərbaycan turizmini geri salan əsas məsələ AZAL-ın biletlərinin çox baha olmasıdır”.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir