Araşdırma

Qaçqınkom Rövşən Rzayev:Gedin Hara Deyirsiniz Deyin-Süründürməçilik VIDEO

Sharing is caring!

Bu gün toxunacağımız məsələ ölkəmiz üçün həssas məsələlərdən biri olan qaçqınlar və məcburi köçkünlərin problemləridir. O problemlər ki, Ali Baş Komandan İlham Əliyev hər zaman onların qayğısına qaldığını diqqətə çatdırmış, onların problemlərinin həlli yolunda öz töhfələrini vermişdir. Lakin bu gün Prezidentin müvafiq qərarlarına yuxarı dairələrdə hörmətsizliklər edilir. Prezidentin qərarlarına məhəl qoyulmur, nə də icra edilmir. Keçək əsas məsələyə… Bildiyimiz kimi 1992-93-cü illərdə 1 milyon Azərbaycan vətəndaşı öz doğma torpaqlarından didərgin düşərək Bakı şəhərinin ətraf rayonlarında yaşamağa məcbur olublar. Bir çox ailələr öz şəxsi evlərini müvəqqəti yaşaması üçün qaçqın və məcburi köçkünlərin ixtiyarına vermişdir. Bu problemin kökündən həll olunması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 21 Fevral sərəncamı ilə Bakı şəhərində başqasına məxsus, köçkün ailələrinin müvəqqəti məskunlaşdığı evlərin köçürülməsi nəzərdə tutulmuşdur. Əmr verilsə də görünür hələ də icra edən yoxdur. Ona görə sakinlər öz şəxsi mülklərinə illərdir köçə bilmirlər. Söhbət Suraxanı rayonu Qaraçuxur Qəsəbəsi 40 42/60 ev 45 in sakinlərindən gedir. O sakinlərki bu gün onlar öz evlərinə köçə bilmirlər. Bunun üçün onların evində yaşayan qaçqın və məcburi köçkünlərin başqa evə köçürülməsi reallaşmalıdır. Cənab prezidentin bu barədə müvafiq qərarı var amma bu qərar icra olunmur. Bəs prezidentin əmrləri “Qaçqınkom”-un sədri Rövşən Rzayev tərəfindən niyə icra olunmur? Əgər qaçqın və məcburi köçkünlər haqqında qanun çıxarılırsa qaçqınkomun vəzifə borcu onu yerinə yetirməkdir. Əgər Rövşən Rzayev bu işlə məşğul olmursa tutduğu vəzifədə nə işlə məşğuldur. Görünür “dolya”sı verilməyib deyə gözləyir. Keçən buraxılışımızda sözügedən evlərin sahiblərinin redaksiyamıza gönderdiyi müraciəti dərc etmişdik. Həmin müraciət bir neçə sakinin öz evinə köçə bilməməsi haqqında şikayət idi və hələ də bu məsələyə baxan olmayıb. Həmin sakinlər XeberAl.az-a bildiriblər ki, onlar Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi – Baş icra məmuru Nurəddin Mustafayevun qəbuluna getsələrdə qurumun səlahiyyətli şəxsi olan Nurəddin Mustafayev onlara məhkəmə qərarlarının 30 ilə icra olunmalıdır. Sakinlər etiraz edərək bildiriblər ki, məhkəmənin qərarına görə, qarşı tərəf 30 gün ərzində apelyasiya şikayəti vermədiyi halda qərar qüvvəyə minməli və icra olunması üçün tapşırıqlar verilməlidir. Nurəddin Mustafayev isə sakinlərə məhəl qoymayaraq öz dediyi kimi olacağını bildirib, halbuki bu prezidentin sərəncamını və məhkəmənin qərarını ayaq altına atmaq deməkdir. Maraqlısı ondadır ki, həmin evlərdə yaşayan qaçqın və məcburi köçkünlər özləri də o evlərdə yaşamaq istəmirlər. Onlar prezidentin imzaladığı qərara uyğun olaraq başqalarının evindən köçmək istəyirlər. Lakin qaçqınkom heç bir tərəfi dinləmir ya da dinləyir, sadəcə əməl etmir. Cənab prezidentin qaçqın və məcburi köçkünlərin evlə təmin olunması haqqında çıxartdığı qərardan sonra 6 min(6000)ə yaxın qaçqın və məcburi köçkün ailəsi evlə təmin olunsa da , Qaraçuxurda yerləşən bu binada hələ də qaçqınlar yaşayır, ev sahibləri isə öz evlərinə möhtac qalıblar. Həmin sakinlər XeberAl.az vastəsilə hətta ölkənin rəhbəri cənab İlham Əliyevə də müraciət ünvanlasalar da, bu müraciətə hələ də baxan olmayıb. Müstəqil media orqanı olaraq üzümüzü “Qaçqınkom”un hazırki sədri Rövşən Rzayevə tutaraq bir daha xaiş və tələb edirik ki, ölkə prezidentinin müvafiq qanununu oxusun və əməl etsin. Prezidentin qərarına hörmət etmək bütün nazirlərin eləcə də sizin borcunuzdur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir