Araşdırma

Ehram Məcidovu deputat Arif Rəhimzadənin dayısı oğlu həbs etdirib

Sharing is caring!

Məcidov Ehram Xudu oğlu 2007-ci ildə Dilbazi Müqəddə Bəhruz qızı ilə ailə həyatı qurmuş, birgə nikahdan onların 2009-cu il təvəllüdlü Tuncay adlı oğlanları və 2011-ci il təvəllüdlü Rəqimə adlı qızları dünyaya gəlmişdir

2014-cü ildə Məhkəmə qətnaməsi əsasında Ehram Müqəddə ilə boşanmış və azyaşlı uşaqları anasının himayəsində yaşamışlar. Həmin vaxtdan başlayaraq Binəqədi rayon Məhkəməsinin qətnaməsi üzrə Ehram uşaqları ilə həftədə bir dəfə görüşmək hüququ əldə etməsinə baxmayaraq buna Bəhruz Dilbazi və ailəsi hər vəchlə mane olaraq, imkan verməmişlər.

Bəhruz Dilbazi Bakı Apellyasiya Məhkəməsinə şikayət verdirərək Ehramın uşaqları ilə görüşmələrini ləğv etdirməyə çalışmış, lakin, Apellyasiya Məhkəməsi buna imkan verməmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarı əsasında Ehramın uşaqları ilə görüşməsinin təşkil edilməsi Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Bəxtiyar İsmayılova həvalə edilsə də, sonuncu məzuniyyətdə olmasını əsas gətirərək bunu icra etməmişdir. 1 sentyabr 2018-ci ildə saat on radələrində Bəxtuyar İsmayılov işdə olsa da, Ehramın uşaqları ilə görüşmələrini İcra məmuru Vüqar Alıyev təşkil etmişdir.

Görüş vaxtı İcra məmuru Vüqar Alıyev uşaqların ataları Ehram Məcidovla görüşməkdən çəkinmələrini hiss edib, uşaqları görüşə gətirən Bəhruz Dilbazi və onun həyat yoldaşı Firəngiz Yusifovaya uşaqalrı tərk edərək otaqdan çıxmalarını xahiş etmişdir. Bəhruz Dilbazi otaqdan çıxmaq istəməyərək uşaqların görüşə hazır olmadıqlarını bildirdiyinə görə, Ehramla onun arasında mübahisə baş vermişdir. Mübahisə zamanı Bəhruz Dilbazi birinci olaraq Ehramın uaşqlarının yanında söyüşlə təhqir etmiş, və bunun nəticəsində uzun bir müddət ərzində uşaqları ilə görüşməkdən məhrum edilmiş və uşaqalrının həsrətində olan Ehram əsəblərini cilovlaya bilmədiyindən Bəhruz Dilbazinin təhriki ilə bir iki dəqiqəlik dava-dalaş vaxtı Bəhruz Dilbaziyə bir neçə yumruq zərbəsi vurmuşdur. Bəhruz Dilbazi də öz növbəsində buna qarşılıq verərək Ehrama yumruq zərbələri endirsə də, hədəfə dəyməmiş, Ehram Məcidovun ayağından tutaraq buraxmayaraq sol əlinin çeçələ barmağını buraraq sındırmışdır.

Həmin hadisə ilə bağlı istintaq aparan Binəqədi RPİ-nin müstəntiqi Mehman Ələsgərov guya Bəhruz Dilbazinin ona Ehram tərəfindən xəsarətlərin beşbarmaq vasitəsilə yetirməsinə dair söylədiklərini əsas götürərək dindirdiyi on nəfərə yaxın şahidlərin komputerdə tərtib etdiyi ifadələrinə həmin şahidlərin xəbəri olmadan guya Ehramın Bəhruz Dilbazini beşbarmaqla vurması barədə müxtəlik ifadələr əlavə etmiş, Ehramın dava-dalaşdan sonra da uzun müddət ərzində qışqıraraq Bəhruz Dilbazinin ünvanna nalayiq söyüşlər söyərək xuliqanlıq etməsini göstərmişdir. Müstəntiq bir- iki dəqiqəlik davam edən dava-dalaşı şişirdərək bir saat ərzində davam etməsini qeyd etymişdir. Məhkəmədə isə həmin şahidlərin hamısı Mehman Ələsgərovu aldadaraq onlara imzalatdırdığı ifadələrindən imtina edərək yazılanları təkzib etmişlər.

Binəqədi rayon Məhkəmə -Tibb Ekspertizası şöbəsinin ilkin rəyində Bəhruz Dilbaziyə yetirilən xəsarətlərin obyektiv olaraq dərəcəsinə görə az ağır olması qeyd edilsə də, Məhkəmə -Tibb Ekspertizası Birliyində təkrar verilən rəydə xəsarətlərin ağır olması göstərilmişdir. Birliyin rəyi şübhə doğurduğundan Ağır Cinayətlər Məhkəməsi tərəfindən təyin edilən təkrar ekspertiza nəticəsində Məhkəmə -Tibb Ekspertizası Birliyinin sonuncu rəyində də Bəhruz Dilbaziyə yetirilən xəsarətlərin ağır olması göstərilmişdir.

Bəhruz Dilbazinin dava-dalaş vaxtı Ehram Məcidovun sol əlinin çəçələ barmağını buraraq sındırması və digər xəsarətlər yetirməsi hadisənin şahidi Vüqar Alıyev tərəfindən təsdiq edilməsinə baxmayaraq müstəntiq Mehman Ələsgərov hadisə zamanı Bəhruz Dilbazinin Ehram Məcidova xəsarət yetirməməsini göstərmişdir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir