Araşdırma

Beyləqan Təhsilini Uçuruma Aparan Yol

Azərbaycan təhsilinin inkaf etdiyi bir dönəmdə nədənsə Beylaqan təhsili günü-gündən geriləməkdədir.Bir neçə ay öncə Cənab prezident İlham Əliyevin sərancamı ilə Asif Ağayev Beylaqan rayon icra başçısı təyin edildi.Bu təyinatdan Beyləqan rayon camaatı çox uğurlu işlər gözləsələrdə nədənsə Asif Ağayevin rayonda apardığı yeni kadr islahatları öz nəticəsini lazımınca vermədi.
Asif Ağayev Beylaqan rayon icra hakimiyyətinin başçısı təyin olunduqdan sonra ilk kadr islahatı təhsil şefinin yenisi ilə əvəzləməsi oldu.Beləki,icra başçısı Asif Ağayev Xuraman Rüstəmovanı Beyləqan təhsil şobəsinin müdürü vəzifəsindən azad edərək onun yerinə əvvəllərdən də adı mediyada saxta işlərdə hallanan Beyləqan Təhsil İşçilərinin Həmkarlar Komitəsinə sədiri Tahir Həsənov təyin edilmişdir.
Bu təyinat Beyləqan təhsilini daha da uçuruma apardı.Özbaşınalıq,saxta diplomlu müəllimlər bir sözlə anarxiya gündən-günə artır ki,azalmır
Təhsil-Milləti gələcəyə, nurlu sabaha aparan yoldur. Təhsilsiz ölkə labüddən müstəmləkəyə çevrilir.
Sirr deyil ki, ölkəmizdə təhsil sahəsində bir çox uğurlara, tərəqqiyə imza atılmışdır. Həqiqətdir ki, gənclərimizin, elimli, savadlı, intelektual səviyyəyə çatmasında təhsilimiz əhəmiyyətli və mühüm rol oynayır. Lakin, onu da etiraf etməliyik ki, bir çox məqamlar da təhsilin inkişafından sui-istifadə edərək öz şəxsi məqsədlərini gündənlərdə az deyil. Necə ki, Beyləqan rayon təhsil sistemində işlər heç də ürək açan səviyyədə deyil. Təhsilə çörək mənbəyi kimi yanaşan bu rayonun Təhsil şefi Tahir Həsənovun qısa zaman kəsiyində təhsilə rəhbərlik etməsi həvalə olunsa da o, etimatdan istifadə edərək səltənət sahibi olmuşdur.
Hamıya maraqlıdır ki,ikinci rayona icra başçısı təyin olunan Asif Ağayev adı təhsil yeyintilərində hallanan Tahir Həsənovu niyə görə Təhsil şöbəsinin müdürü təyin etdi?

İcra başçısının ən uğursuz kadr dəyişikliyi hesab edilən Tahir Həsənov kimdir?

Yaxın keçmişə nəzər salaq:

Adam vaxtilə Füzuli rayonu 55 saylı məktəbin direktoru olub. Beyləqanın sabiq icra hakimi İrşad Əliyevin dəstəyi ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Beyləqan rayon komitəsinə sədr gətirilib. İrşad Əliyev yaxın perspektivdə Beyləqan RTŞ-nin sabiq müdiri Tofiq Sadıqovu “vurub”, Tahir Həsənovu onun yerinə qoymaq istəyirmiş. Lakin İrşad Əliyevin özünün qəfil Beyləqandan Kürdəmirə başçı gedişi Tahir Həsənovun planlarını alt-üst edib.

Lakin başçı vəzifəsində İrşad Əliyevi əvəzləmiş Vaqif Abdullayevin Beyləqana rəhbərliyi dövründə T.Həsənov öz arzusunu gerçəkləşdirə bilmədi. Bu istəyinə, yuxarıda qeyd etdiyimiz kimi, yalnız indi, Asif Ağayevin rayona rəhbər vəzifəyə gəlməsindən sonra maksimum yaxınlaşa bildi. O, təkcə təhsil müdiri olmadı, həm də bir çox məsələlərdə başçının ən yaxın məsləhətçisi oldu.
Məhz buna görədə Beylaqan İcra Hakimiyyətinin Başçısı Asif Ağayev rayon təhsilinin daha da uçruma göz yumaraq təhsil şefiTahir Həsənovun hər bir ərköyünlüyünə dözərək qoruyub saxlamağa məcburdur.

Qarşı Tərəfi dinləyib mövqeylərini dərc etməyə hazırıq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir