Oxşar Xəbərlər
ABŞ yeni pilotsuz sualtı gəmini sınaqdan keçirəcəyini dedi: “Bu, Tayvandakı vəziyyəti kökündən dəyişəcək”
ABŞ Tayvan boğazında “vəziyyəti kökündən dəyişəcək” beş pilotsuz sualtı gəmini sınaqdan keçirəcək. Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi, admiral Maykl Qildey bildirib. Qildey ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində dinləmələrdə çıxışı zamanı bununla bağlı açıqlama verib. “Bizim ilk böyük pilotsuz sualtı gəmimiz hazırda Kaliforniya sahillərində sınaqdan keçirilir və kifayət qədər uğurla […]
Azərbaycan bəzi əyalətlərdən quş ətinin idxalına məhdudiyyət qoyub
Azərbaycan bəzi şəhərlərdən quş ətinin idxalına məhdudiyyət qoyub. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, İtaliya Respublikasının Toskana, Seneqal Respublikasının Louqa, Çili Respublikasının Maule, Valparaiso, Bio-Bio regionlarında, Argentina Respublikasının Kordova, Santa-Fe əyalətlərində və Bolqarıstan Respublikasının Veliko-Tarnovo vilayətində yüksək patogen quş qripi xəstəliyi […]
Zakir Həsənov Türkiyəyə səfər edəcək
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyəyə səfər edəcək. APA xəbər verir ki, səfər dekabrın 21-də baş tutacaq. Məlumata görə, nazir Türkiyə-Azərbaycan-Gürcüstan müdafiə nazirlərinin 9-cu üçtərəfli görüşündə iştirak edəcək. Qeyd edək ki, görüş Türkiyənin Kayseri şəhərində baş tutacaq. Xeberal.az