Nurullayev Razi Qulaməli oğlu bir neçə gün əvvəl İmişli rayonuna Lalə gülü yığmağa getdiyi bildirilib.
Xəbəral.az xəbər verir ki, deputatın Lalə gülü yığmağı rayonda təccüblə qarşılanıb.
Bildirilir ki, yerli cammat əvvəl elə bilib ki, hörmətli deputat onlarla görüşə gəlib, problemləri ilə maraqlanacaq. Amma, deputat Lalə gülü həvəskarı olduğu üçün Bakıdan rayona bu səbəbdən gəldiyi bəlli olub. Deputat Lalə gülü toplayaraq fotolar çəkdirib poz verdiyi də nəzərlərdən qaçmayıb.
Fotonu təqdim edirik:
TANITIM:
Razi Qulaməli oğlu Nurullayev 1 aprel 1971, İmişli rayonuda doğulub . Siyasətçi Region Beynəlxalq Analitik Mərkəzinin (RBAM) sədri (2012—h.h.); Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrliyinə iddiaçı, (2015—2020); Milli Cəbhə Partiyasının sədri;2018-ci il Azərbaycan Respublikası prezidenti seçkilərində prezidentliyə namizəd; Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatıdır.
/GUNinfo.az/
Xəbəral.az