Araşdırma

“Sipark inşaat”-hədə,qorxu,təhdid və Ramazan şousu

Xəbəral.az xəbər verir ki, son illərdə “Sipark İnşaat” və rəhbəri Seymur İsayevlə bağlı neqativ yazılar dərc olunmaqdadır. Hətta şirkət rəhbərinin adı “MTN çetesi”ndə Akif Çovdarovla  birgə iş birliyində də hallanırdı. Şirkət rəhbərinin adı işlərindən daha çox qalmaqallarda çəkilirdi.

“Sipark” şirkətinin rəhbərliyi mətbuatda gedən haqlı və haqsız yazıları öz üzərindən götürmək üçün, necə deyirlər öz “qara işlərini” ört-basdır etmək üçün sözügedən şirkətə mətbuat xidməti təyin etdilər. Mətbuat xidməti də gəldi,nə gəldi… Əvvəllər baş redaktor kimi fəaliyyət göstərən İradə Nurəddinqızının bu dəfəki işi ədalətsizlərinin müdafiəçisi olmaq idi. Yazıların saytlardan silinməsi üçün təhdidlərə keçən mətbuat katibi birinə məhkəmə hədəsi,o birinə sosial şəbəkədə paylaşım hədəsi kəsdi. Saytlarda yazılanlara əsasən onu demək olar ki,  öz həmkarlarını FETO terror təşkilatının Azərbaycandakı qeyri-rəsmi missioneri olan şirkətin ayağına verdi. Əslində, təəccüblü bir şey yoxdur, çünki bu ” jurnalist”in özünü də hər kəs Fətullahçı kimi tanıyır. Necə deyərlər, qazan qapaq məsələsi… Digər tərəfdən də, qeyri-peşəkar, press-relizləri pulla yazdıran birinin bacardığı ancaq həmkarlarına qarşı hədə kəsməkdir.

Xəbəral.az saytı xəbər verir ki,Sipark İnşaatın yeni təyin olunmuş mətbuat xidməti gözəl bir metod tapıb. Bu metodu ona kim öyrədibsə həm xanımı, həm özünü xoşbəxtliyə doğru aparmaq istəyib. Adam şirkətdən yazan saytlara özünü savadlı və çox bilmiş göstərmək üçün əvvəl xox gəlir (təbii ki,rəhbərliyinə sadiq biri kimi) statuslar paylaşır məhkəmələrdə çürüdəcəyini bildirir,(Pula görə həmkarlığı unudaraq)kim güclüsə onunla dil tapır,kim gücsüzsə və ya xanımlığına hörmət qoyursa (etika xətrinə)həmin sayt rəhbərliyinin beli qırıldı, sözünü rəhbər tutaraq maraqlı taktika ilə özünəməxsus ələ almağa çalışır.
Belə mətbuat xidmətindən kim inciyər? Fetoçu mətbu orqan kimi bilinən simsar.az-ın baş redaktoru olmuş xanım  hara çatırsa bildiyimiz qədər danışır ki,ətrafıma sanballı saytlar yığmışam, mənim şirkətimə kimsə qaşın üstdə gözün var deyə bilməz. Buna misal olaraq Ramazan ayı ərəfəsində “Sipark inşaat” öz günahlarını yumaq üçün iftar süfrəsi təşkil edib, bir neçə mətbuatı ora dəvət etmişdi. Məncə, bu normaldır,media nümayəndələri də oruc tutur,ora dəvət alan jurnalistlərin bəzilərinə bizim də böyük hörmətimiz var. Amma Ramazan ayı Mətbuatın yarandığı gün deyil,bu müqəddəs ayda yetimlər sevinməli,acların qarnı doymalıdır. Müqəddəs aydan şou kimi istifadə edib, haqqınızda yazılan yazıları təmizə çıxarmağa çalışmayın. Yenə də, Allah qəbul etsin, heç olmasa dostlarımızın yanında öz günahlarınızı az da olsa yudunuz.Şirkət olaraq insanların haqqını kəsməyin təki, Ramazanda deyil hər zaman kasıbların yetimlərin yanında olun.Sizlərdən tənqidlər yazılanda səmimi və düz qəbul edib normal cavab verin. Günü-gündən çiçəklənən Azərbaycana öz uğurlarınızla dəstək olun.
Nurçuluqdan,hədə qorxudan bir iş çıxmaz. Ən azı başınızdaki hicaba hörmətlə yanaşın, axı din adamları nisbətən daha mülayim və səmimi olur?!
Qaldı ki, şirkət rəhbəri Seymur bəyə və ya onun eşq yaşadığı müğənnilərə, sadə dildə desək, bacarana baş qurban pulu var edir! Orası bizə önəmli deyil, niyə və nə vaxt etdiyi. Onu da nəzərinizə çatdıraq ki,”Sipark inşaat”ın rəhbəri ailəlidir, 3 övladı var.
Qarşı tərəfin mövqeyini dinləyib dərc etməyə hazırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir