Araşdırma

Təşkilatımızı bəzi qara qüvvələrin gözü götürmür…- AÇIQLAMA

Ötən gün bəzi kütləvi informasiya vasitələrində “Bakıda  aidiyyatı qurumların rütbələrinə aid olmayan general, polkovnik mundirli insanlar…” adlı başlığı altında gedən yazıya BMT-nin üzvü, İnsan Haqları komissarlığının Paris departamentinin Mərkəzi Asiya üzrə Hüquq eksperti Palkovnik-Leytenant dr.İsmayıl Zalov münasibət bildirib. Nümayəndəliyin hüquq eksperti İsmayıl Zalov təmsil olunduğu təşkilatın bəzi qara qüvvələrin gözünün götürmədiyini və təşkilat səviyyəsində görülən işlərin sözügedən dairələr tərəfindən həzm olunmaması kimi qəbul etdiyini bildirib. İsmayıl Zalov ilk olaraq təşkilat haqqında qısa xatırlatma verib. “Insan Haqları Komissarlığı 1901-ci ildən fəaliyyətdədir. Bu müddət ərzində bir çox beynəlxalq təşkilatların, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının da üzvüdür. İnsan Haqları komissarlığının Paris departamentinin Mərkəzi Asiya üzrə nümayəndəliyi isə qısa müüdətdir yaranmasına baxmayaraq bir çox uğurlara imza atıb. BMT-nin üzvü, İnsan Haqları komissarlığının Paris departamentinin Mərkəzi Asiya üzrə nümayəndəliyinin layihə rəhbəri isə cənab general Firdovsi Ələkbərovdur. Yəni bildirmək istərdim ki, təşkilatımız yeterincə etimad qazanan, insan haqlarının qorunması naminə çıxardığı qərarları bir çox beynəlxalq təşkilatlar və hüquq mühafizə orqanları tərəfindən tanınan və dəstəklənən bir orqandır. İnsan Haqları komissarlığının Paris departamentinin Mərkəzi Asiya üzrə nümayəndəliyinin məkirli deyil, öz məqsədyönlü siyasəti və qarşıya qoyduğu məsələlər var. İlk növbədə bu təşkilatın Azərbaycan üzrə görəcəyi və hazırda sözügedən məsələ üzrə vargücü ilə çalışdığı işlərdən biri məhz itkin və girov düşmüş şəxslərə bağlıdır. Biz bir təşkilat olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, 20 % torpağları işğal altında olan, qaçqın və məcburi köçkün düşmüş, Haqqı və ədaləti tapdalanmış Azərbaycan xalqının səsini dünyaya çatdırmaq istəyirik deyə nümayəndəliyin eksperti bildirib. Dr. İsmayıl Zalov dövlətə və dövlətçiliyə sadiq bir adam olduğunu, Azərbaycan Respublikasının Prezidenti Ümummilli lider Heydər Əliyev siyasətinin uğurlu davamçısı cənab İlham Əliyevin siyasətini dəstəklədiyini vurğulayıb. Beynəlxalq hüquq eksperti deyib ki, BMT-nin üzvü İnsan Haqları komissarlığının Paris departamentinin Mərkəzi Asiya üzrə nümayəndəliyi Beynəlxalq Hüquqi təşkilat olaraq Azərbaycan dövlətinin və xalqının yanındadır. Mənim fəaliyyətimsə təşkilatda tam hüquqi əsaslarladır. Qanuni şəkildə və əmrlə aldığım rütbəni, geyindiyim uniformanı bəzi qara qüvvələr həzm edə bilmir. Ona görə də bu cür insanlar öz çirkin əməllərini bəzi dırnaqarası saytlarda, qeyri-peşəkar jurnalistlərin vasitəsi ilə yaymağa çalışırlar. Hüquq və vəzifələrimizlə tanış olmaq istəyən hər bir kəs BMT-nin üzvü İnsan Haqları komissarlığının Paris departamentinin Mərkəzi Asiya üzrə nümayəndəliyinin Bakıda yerləşən ofisinə baş çəkə və tanış ola bilər deyə İsmayıl Zalov bildirib. Biz təşkilatımızın adından bir daha bəyan edirik ki, işimizə və büromuzun adına heç bir fakta söykənməyərək ləkə gətirən, qara yaxan şəxslərin barəsində qanun çərçivəsində cəzalandırılmasını təmin edəciyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir