Araşdırma

Abdin Fərzəliyev yola salınır yerinə Deputat Ülvi Quliyevin oğlu Nərimanovun icra başçısı olmağa iddialıdır- ŞOK FAKTLAR

Deputat  dərman satmaqla bu boyda pulları necə qazanıb ? 

Azərbaycan bu dünyanın neçənci möcüzəsidir, bunu Allah bilir. Bunu bilirsiniz  nəyə görə dedim? Axı, bu dünyada hər bir olayın içində bir məntiq, bir qanunauyğunluq və.s. olmalıdır. Bir də görürsən ki, “Avtobusa minməyə pulum yoxdur..”  deyən müxalifətçi  bir aydan sonra deputat olur. 
Axı, adama  deyərlər avtobusa minməyə pulun yoxdursa,  sən necə seçicilərlə görüşə getdin, necə seçki təbliğatını apardın və s…və sonra necə deputat oldun. 
Bax, bütün sahələr belədir. 

Bir də görürsən ki, hansısa daş karxanasında işləyən birisini apardılar mühüm dövlət qurumuna BAŞ MƏSLƏHƏTÇİ…

Həə, atalar demişkən, belə yerdə  qəribi ağlamaq tutur.  Hər bir sahənin özünün elmi-nəzəri əsasları var ee…  
Məsələn, sənaye biznesi qurmaqla xırda ticarət  biznesi  qurmaq fərqlidir. Sənaye biznesində  gəlir gec gəlir, amma xırda ticarətdə tez gəlir və s. Yəni bütün bunların bir elmi əsası var.  Amma Azərbaycanda aptekdə dərman satanın  biri bir də gördün ki, oldu baş həkim. Yəni möcüzələr ölkəsində yaşayırıq. 
Axı, aptekdə dərman satanın baş həkim olması üçün uzun bir yol keçməlisən. Yaxud bizdə  divarı “kraskalayan”  malyarı-rəngsazı  sabah rəssamlara başçı qoysalar təəccüblənmək olmaz.  Bütün bunları yazmaqda sözümün canı var. 
4 dəfə müxtəlif  dairələrdən  deputat seçilən Ülvi Quliyev bir neçə il əvvəl apteklərə dərman paylayırdı. Bu adamın birdən-birə möcüzə kimi parlaması dünyada analoqu olmayan hadisədir, əslində Ginnesin rekordlar kitabına düşməlidir. 

Aptekdən başlayan yol Londonda ən böyük mülklərə sahib olmağa qədər gedir. 
Təsəvvür edirsiniz  bu aptekarın  20  yaşlı oğlu Orxan Quluzadə  Londonda şirkətlər açır və bir neçə il sonra  Böyük Britaniya Krallığında 5 mülkə sahib olur. 

1.LONDON, SQUİRES LANE 124 (565 min funt sterlinq) 
2.LONDON, SELLİNCOURT ROAD 149 (425 min funt sterlinq) 
3.LONDON, SELLİNCOURT ROAD 151 (500 min funt sterlinq) 
4.LONDON yaxınlığında BARNET, MAYS LANE 20 (750 min funt sterlinq).
Və sonuncu mülk 
5.Londonda 600 min funt sterlinq..

İndi gəlin cəmləyək: 565 + 425 + 500 + 750 + 600 =  2.840 min, yəni 2  milyon 840 min funt sterlinq, bizim pulla təxminən 6.000.000 – 6 milyon manat 
20 neçə yaşlı gənc 6 milyon manatı necə qazandı, Ülvi Quliyev?

Əlbəttə, o boyda pul 20 yaşlı gəncin pulu deyil, Ülvi Quliyevin qazandıqlarının cüzi bir hissəsidir. 
Bəs Ülvi Quliyev dərman satmaqla bu boyda pulları necə qazanıb ? 
Axı, dərman satmaq narkotik alveri deyl, silah alveri deyil, insan alveri deyil e. 
Dərman alverində bu boyda möcüzə ola bilməz. 
Bəs görək Londonda ard-arda mülklərə sahib olan cavan Orxan Quluzadə erməniyə bir güllə atıbmı? 
Orduda qulluq edibmi ? 
Sonuncu Qarabağ savaşında şəhid olanların çoxu daxmalarda böyüyən uşaqlardır. 
Bəs yeri gəldi-gəlmədi vətən-torpaq deyən, pafoslu çıxışlar edən  deputat Ülvi Quliyevin oğlu 1-cə gün vətənə xidmət edibmi? 
Cənab deputatın oğlu Rusiyadakı biznesində neçə milyon ziyana düşüb ? 
Şirkətlərini adına keçirdiyi Azərbaycan vətəndaşı Aynur xanım kimdir? 

Həyat fəaliyyətinə aptekdən başlayan Ülvi Quliyev Milli Məclisə qədər gəlib çıxıb. Amma bu adamın karyera iştahası bitib tükənmək bilmir.

Daxil olan məlumata görə, yaxın  çevrəsində narazı halda “Məni də Nərimanova icra başçısı qoyacaqlar” deyib. Dostlarının “Bəs niyə narazısan?” sualına cənab deputatın cavabı belə olub: “ Nərimanov mənim üçün balaca rayondur, mən Gəncənin başçısı olmalı idim”. /Gündəlik Bakı/

Qarşı tərəfin mövqe haqqını tanıyırıq

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir