Araşdırma

Zaqatalanın icra başçısı Mübariz Əhmədzadə də yola salınır- “Ağsaqqal”ın ardından KİMLƏR GEDİR?

Sharing is caring!

Məlum olduğu kimi Prezident İlham Əliyev Əhməd Əhmədzadənin Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Əhməd Cuma oğlu Əhmədzadə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin.

Bununla bağlı danışan məlumatlı mənbə idda edir ki, əslində bu dəyişiklik çoxdan gözlənilirdi.

Mənbənin Xəbəral.az-a söylədikləri:

“Əhməd Əhmədzadə hakimiyyət içində “ağsaqqal” adı ilə tanınrı və onun böyük sərvətləri ilə yanaşı günü bu gün də ona tabe olan bir neçə icra başçısı da var”.

Mənbə iddia edir ki, Əhmədzadənin ardından sırada onlardır: “Konkret olaraq ilk “vurulan” təbii ki, Əhməd Əhmədzadənin doğmaca qardaşı olan Zaqatalanın icra başçısı Mübariz Əhmədzadə olacaq. Bunun ardından isə daha iki icra başçısı da dərhal yola salınacaq. Yəni proses başlayıb…”

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin…/DİA.az/

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir