Araşdırma

Azərbaycanda hakimlərin illik gəlirləri nə qədərdir? – ARAŞDIRMA

Sharing is caring!

Azərbaycanda hakimlərin maaşları və gəlirləri hər zaman müzakirə mövzusu olub. Bəzi şəxslər korrupsiya hüquq-pozmalarının qarşısını almaq üçün hakimlərin maaşlarının artırılmalı olduğunu desə də, bunun əleyhinə çıxanlar da var. Bəs görəsən, Azərbaycanda hakimlərin aylıq və illlik gəlirləri nə qədərdir?

E-huquq.az bununla bağlı araşdırma aparıb. Əvvəlcə qeyd edək ki, 2019-cu ilin iyulunda Prezident İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklikləri təsdiqləyib. Qanunun 106-cı maddəsinə (hakimlərin maddi təminatı) edilən dəyişiklikdə qeyd edilib ki, hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir:

Ali Məhkəmə sədrinə Azərbaycan Respublikası Milli Məclisinin sədrinin aylıq vəzifə maaşı həcmində, yəni 2475 manat;

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 90 faizi həcmində, yəni 2227,5 manat;

Ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, hərbi məhkəmələrin, inzibati məhkəmələrin və kommersiya məhkəmələrinin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində, yəni 1980 manat;

Digər məhkəmələrin sədrlərinə Ali məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində, yəni 1732,5 manat maaş verilir;

Bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində maaş müəyyən edilir:

Ali Məhkəmənin hakimi 1980 manat

Apelyasiya Məhkəməsinin hakimi 1781 manat;

Ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, hərbi məhkəmələrin, inzibati məhkəmələrin və kommersiya məhkəmələrinin hakimləri 1584 manat;

Digər məhkəmələrin hakimləri isə 1212,75 manat maaş alır.

Bununla yanaşı, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir.

Bu qayda ilə hesablasaq:

Apellyasiya məhkəmələrinin sədrlərinə 5011 manat;

Ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, hərbi məhkəmələrin, inzibati məhkəmələrin və kommersiya məhkəmələrinin sədrlərinə 4455 manat;

Digər məhkəmələrin sədrlərinə 3897 manat

Ali Məhkəmənin hakimlərinə 4455 manat;

Apelyasiya Məhkəməsinin hakimlərinə 4007,25 manat;

Ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, hərbi məhkəmələrin, inzibati məhkəmələrin və kommersiya məhkəmələrinin hakimlərinə 3564 manat;

Digər məhkəmələrin hakimlərinə isə ayda 2728,5 manat pul ödənilir.

Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir.

Bu qayda ilə hesablasaq

Apellyasiya məhkəmələrinin 15 il stajı olan sədrləri 6013,15 manat

Ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, hərbi məhkəmələrin, inzibati məhkəmələrin və kommersiya məhkəmələrinin 15 il stajı olan sədrləri 5346 manat;

Digər məhkəmələrin 15 il stajı olan sədrləri 4676 manat;

Ali Məhkəmənin 15 il stajı olan hakimləri 5346 manat;

Apellyasiya məhkəmələrinin 15 il stajı olan hakimləri 4808 manat;

Ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, hərbi məhkəmələrin, inzibati məhkəmələrin və kommersiya məhkəmələrinin 15 il stajı olan hakimləri 4276 manat;

Digər məhkəmələrin 15 il stajı olan hakimləri isə aylıq 3274 manat pul alır.

Hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilir.

Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir.

Belə olduqda hakimlərin illik gəlirləri:

Ali Məhkəmənin hakimləri – 61 min 380 manat;

Apelyasiya Məhkəməsinin hakimləri – 55 min 208 manat;

Ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, hərbi məhkəmələrin, inzibati məhkəmələrin və kommersiya məhkəmələrinin hakimləri – 49 min 104 manat;

Digər məhkəmələrin hakimləri – 37 min 593 manat.

15 il stajı olan hakimlərin illik gəlirləri:

Ali Məhkəmənin hakimləri – 72 min 72 manat

Apelyasiya Məhkəməsinin hakimi – 64 min 825 manat

Ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, hərbi məhkəmələrin, inzibati məhkəmələrin və kommersiya məhkəmələrinin hakimləri – 57 min 657 manat;

Digər məhkəmələrin hakimləri – 44 min 142 manat.

Bundan başqa, ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı dörd il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım ödənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir