Araşdırma

“Royal İsteyt MMC”-nin icarədarları mətbuata müraciət etdi-Bu şirkət Ziya Məmmədova məxsus deyil-FOTO

Sharing is caring!

Son günlərdə qara qüvvələr tərəfindən bəzi mətbu orqanlarda “Royal İsteyt MMC”şirkəti haqqında xoşagəlməz sifarişli yazılar dərc olunmaqdadır.Guya ki, “Royal İsteyt MMC” şirkəti eks Nəqliyyat Naziri Ziya Məmmədova məxsusdur və ya orda çalışan insanlara icarədarlardan artıq pullar yığılır və s bu kimi fikirlər səslənir. Biz də Xəbəral.az saytı olaraq sözügedən məsələlərə aydınlıq gətirmək üçün  28 may metrosu yaxınlığında piyada keçidində yerləşən “Royal İsteyt MMC”-də fəaliyyət göstərən icarədarların yanına yollandıq.

Doğrusu, bəzi saytlar yazmışdı ki,həmin o yerdə antisanitariya baş alıb gedir, tam pis gündədir,yeməkxana satılıb, şirkətə məxsus su motorlarının yerləşdiyi anbarlar icarəyə verilib,siqnalzasiya xətləri sökülüb,heç bir təhlükəzsizlik tədbirlərinə uyğun avadanlıqlar yoxdur.
Bu yazılanlara aydınlıq gətirmək üçün kiçik bir jurnalist araşdırması etdik.
Əvvəla cənab prezident İlham Əliyev son illər sahibkarlığın inkişafı ilə bağlı ciddi sərəncamlar və tapşırıqlar verib.Yəni, sahibkarlardan artıq xərclərin alınması, müəyyən vergi yükündən azad etmək, bir sözlə, ölkəmizə xeyir verən hər kəs azad və şəffaf şəkildə işləməlidir,onlara bir kimsə mane ola bilməz.
İndidə “Royal İsteyt MMC”şirkətində gördüklərimizdən yazaq:

Fərdi olaraq bir çox icarəçilərlə həmsöhbət olduq.Söhbətimiz zamanı bəlli oldu ki,burada bir neçə ay öncə təhlükəsizlik kameraları müasir avadanlıqlarla təchiz olunub,qəfil yanğın zamanı su nasoslarının şılanqları yenilənib,fövqəladə hal zamanına lazım olan şitlərdə ayrı-ayrı şitlər quraşdırılıb.İcraatçılar bildirdi ki,demək olar hər gün Ticarət mərkəzinin rəhbəri Anar Novruzov hər bir mağazanın sahiblərinin işə dair probləri ilə maraqlanır, onların orada rahat çalışması üçün əlindən gələn köməkliyi göstərir. Bəzi icarədarlarla olan söhbətimizi olduğu kimi sizə təqdim edirik.

Yazılanlara görə sizdən əlavə pullar alınır?

Xeyr, qətiyyən. Anar Novruzov bura rəhbər təyin olunandan sonra siz deyənlərə son qoyuldu. Biz tək işlədiyimiz şirkəti tanıyırıq, aylıq yer pulumuz nədirsə şirkətə ödəyib fəaliyyət göstəririk.
Düzü,  Anar Novruzov “Royal İsteyt”-ə rəhbər təyin olunmamışdan öncə çox əziyyət çəkirdik, hər gün bir adam gəlirdi amma indi çox şükür hər şeydən razıyıq.

Bəs, deyirlər mağazanıza mal gələndə siz gecələr onları yerləşdirəndə sizdən əlavə pullar istənilir?

Qətiyyən,  hələ əksinə Anar Novruzov bizdən soruşur ki,siz qalıb işləyəndə əlavə kiməsə haqq filan vermirsiz ? Yalan söhbətdir, bizi bu şirkət qane etməsə ya çıxıb gedərik, ya da yuxarı yerlərə şikayətlərimizi edərik, heç bir narazılığımız yoxdur.

 Deyilənə görə, bura eks Nəqliyyat naziri Ziya Məmmədovundur?

Xeyr, bildiyimiz qədər vaxtı ilə onun olub, amma satıb buranı, indi başqa adamlarındır.Biz  nə Ziya Məmmədovu, nə də onun adından gələn insanları görməmişik. Biz tək Anar müəllimi tanıyırıq, onunla da heç bir problemimiz  yoxdur .

Beləliklə, burada fəaliyyət göstərən insanlar və ya ticarət mərkəzi ilə tanışlıqdan sonra “Royal İsteyt MMC”-nin rəhbəri Anar Novruzovla telefon əlaqəsi saxlayıb, onunla görüşməyimizi xahiş etdik.Anar Novruzov zəngimizi çox səmimi qarşılayıb,  “buyurun gəlin, mən və şirkətimiz mediyaya müraciət hazırlamışıq,onu da verərik dərc edərsiniz”  dedi.
Sözügedən şirkətə yollandıq.Düzü, Anar müəllim hqqqında o qədər xoşagəlməz yazılar yazlıb ki,biz də bu adamı bu cür səmimi, mehriban, mərifətli təsəvvür etmirdik. Demə yazılan neqativlik tam əksinə imiş. Anar müəllimlə olan səmimi söhbətimizi sizə təqdim edirik.

Anar müəllim xoş gördük. 

Xoş gəlibsiniz. Çox sağ olun ki, kənarda 1-2 nəfərdən nəysə eşidib  yazmadınız, özümlə əlaqə saxladınız.

Anar müəllim deyilənə görə “Royal İsteyt MMC” eks nəqliyyat naziri Ziya Məmmədova məxsusdur?

Xeyr, əvvəllər onun olub və bir neçə il öncə satılıb, hal-hazırda şirkətin təsisçiləri başqa adamlardır. Mən Nəqliyyat nazirliyində şöbə müdürü işləmişəm və ona görə də bəzi insanlar fərziyələr uydururlar ki, məni də bu şirkətə Ziya Məmmədov təyin edib. Əslində isə bu şirkət başqa adamlar tərəfindən alındıqdan sonra məni bura müdir təyin ediblər.Amma Ziya müəllimə böyük hörmətim var, onu cənab prezident işindən xaric edib, yəqin ki,bu cür məsləhətdir ki,edib.Biz kimik ki,cənab prezidentin işinə qarışaq? Sübut da edərəm şirkət onun deyil.

Anar müəllim deyirlər siz Ziya müəllimin bacısı oğlusunuz və ya yaxın  qohumusuz?

Xeyr,  yenə də deyirəm mənim Ziya müəllimlə heç bir aidiyyatım, qohumluq əlaqəm yoxdur.

Eşitmişik orada çalışan insanlardan sözünüzə baxmayan olanda döyürsünüz?

Güldü….. Düşün mənsiz burada çalışanlardan bir-bir soruşun. Mən kiməm ki, kimisə döyəm?! Əksinə hər zaman kömək etməyə çalışmışam ki,problem olmasın. Bu gün cənab prezident İlham Əliyev biz sahibkarlara lazımi şəraiti yaradıb, biz də bu yaradılan şəraitdən düzgün yararlanmalıyıq. Mən hər zaman işçilərimə də tapşırmışam ki, burada çalışan insanlara qarşı mülayim olun,qayğılarını çəkin,biz dövlətimizin əsgərləriyik!

Saytlar yazır ki, siz burada qoçular saxlayırsınız, mühafizəçiləriniz var.Xaricdən benzin çəlləkləri sizin üçün gəlir?

Əvvəla mən burada niyə qoçu saxlamalıyam? Özünüz deyirsiniz ki,ticarət mərkəzini gəzib gəlmişik,soruşaydınız icraatçılardan,mən sadəliyi sevirəm,sevəcəm də. Qaldı ki,benzin çəlləklərinə biz hansı dövlətdə yaşayırıq?Mən kiməm ki? Haqlı-haqsız yazırlar , amma biz öz işimizlə məşğuluq.Yaxşısı budur ki, məni hər bir insandan bir-bir soruşun. Bizim məqsədimiz xalqa xidmətdir.
Onu da qeyd edim ki, bizim şirkət haqqında çox şeylər yazırlar, əvvəllər yazılar gedəndə çox əsəbləşirdim, amma sonralar vərdiş aldım. Gördüm hamı haqqında yazırlar .Bundan sonra “Royal İsteyt MMC”haqqında  olmayan şeylər yazsalar artıq hüquq-mühafizə orqanlarına müraciət edəcəm.Sizdən xahiş edirəm ki, mənim mətbuata müraciətim var, o müraciəti saytınız vasitəsi ilə dərc edin.

Araşdırmamızdan sonra bizə daha da aydın oldu ki, mediyada gedən mənfi tipli yazıların hamısı şirkətə və Anar Novruzova qarşı yönəlmiş təxribatdan başqa bir şey deyil. Ona görə də Xəbəral.az saytı olaraq həmin yazılı,imzalı müraciəti Azərbaycan mediyasının nəzərinə çatdırırıq.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir