Araşdırma

Ağdaşda işıqsız qalan məktəb

Sharing is caring!

” Ay yarımdır Ağdaş rayonu Müşviq İsayev  adına tam orta məktəb işıqsız qalıb,  şagirdlərin vəziyyəti ilə maraqlanan yoxdur” – bu sözləri Ağdaş rayon sakinləri XəbərAl.az-a müraciətində deyib.

 

Şikayət əsasında Ağdaş rayonuna yollandıq. Elə çatar-çatmaz şikayətçilər yenidən bildirdilər ki: “Artıq ay yarımdır ki, şagirdlər işıqsız və soyuq otaqlarda dərs oxumaq məcburiyyətindədirlər. Bu problemi aradan qaldırmaq üçün, bir çox quruma müraciət etsək də, hələdə müraciətimizə  baxılmayıb”.

 

Sözügedən məktəbə üz tutduq. Və həqiqətən də deyilənlər doğru idi. Hətta  məktəb rəsmi iki növbəli fəaliyyət göstərsə də, burada ikinci növbədə beşinci və altıncı saatlardakı dərslər keçirilmir.

 

Bununla bağlı məktəbin direktoru Ədilxan Ədilov şikayəti təstiqlədi: ” Bəli, ay yarımdır məktəbimiz işiqsızdır. Və havanın tez qaraldığından, axırıncı dərslər keçirilmir. Mənim gücümdən artıq olduğu üçün siz Təhsil Şöbəsinə müraciət edin”.

 

Məsələ ilə əlaqədar rayon təhsil şöbəsinə yollandıq. Təhsil şöbəsinin müdiri Hürü Əliyeva bizimlə görüşməmək üçün müxtəlif səbəblər uydurdu. Onun əvəzinə, özünü müavini kimi təqdim edən şəxs isə “Bizlik bir şey yoxdur. Problem bizdə yox, İşıq İdarəsindədir” deyə bildirdi.

 

Çox təəsüf ki, məsələyə tam aydınlıq gətirən olmadı.Deyəsən, Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov “Təhsil”ə həsr etdiyi konfransda dediyi sözləri unudub.O zaman , biz öz növbəmizdə ona xatırladaq : “Təhsilimizdə və təhsil müəssisələrində  əldə edilən nailiyyətlər və mövcud nöqsanlara toxunaraq onların aradan qaldırılmasına diqqətin artırılması vacibdir”.

 

Bu qədər gözəl cümlələrin arasında, görəsən, şagirdlərimiz niyə diqqətdən kənar qaldı?

Araşdırmamız davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir