Araşdırma

Sabirabad rayonu Yolçubəyli kənd orta məktəbi uğurlu gələcəyə doğru

Sharing is caring!

Son zamanlar Azərbaycan təhsili uğurlu inkişafa yol açır. Müəyyən xoşagəlməz hadisələr baş verən zaman Təhsil Nazirliyi tərəfindən məsələyə obyektiv yanaşılır və yerindəcə araşdırılıb ciddi tədbirlər görülür.Amma bir neçə il bundan öncəyə nəzər salsaq görərik ki,həqiqətən təhsilimizdə uğurlu işlərə imza atılmaqdadır.
Cənab prezident İlham Əliyevin və onun xanımı ölkənin 1-ci vitse prezidenti Mehriban xanım Əliyevanın təhsilimizin inkişafına verdikləri töhvələr göz önündədir.Ən ucqar kəndlərimizdə belə müasir tipli məktəblər tikilir,gələcəyimiz olan şagirdlərin mükəmməl təhsil alması üçün qabaqcıl tədbirlər görülür.
Elə rayonlar var idi ki,oranın təhsili bir neçə il öncə çox geridə qalırdı.Lakin son vaxtlarda həmin rayonların yerlərdəki təhsil şöbələrinin müdirləri yeniləri ilə əvəzləndi, bir sözlə, Azərbaycan təhsilində güclü və uğurlu islahatlar aparıldı.
Bu rayonlardan biri Sabirabad rayonudur ki,buranın təhsili umimi göstəricilərdə çox geridə qalırdı.Ancaq bir neçə il öncə Təhsil Nazirinin müvafiq sərəncamı ilə Pəhlivan Qarayev Sabirabad rayon təhsil idarəsinin müdiri təyin olunduqdan sonra Sabirabad təhsilində güclü canlanma başladı.
Rüşvət,korrupsiya yığışdırıldı,müəllimlərdən əlavə haqların tutulması dayandırıldı.Sabirabad təhsilinə yeni bir nəfəs gəldi.Düzdür, müəyyən insanlar var Pəhlivan müəllimin gördüyü işlərə kölgə salmaq istəsə də, bu cür lazımsız kampaniyalar baş tutmur,necə deyirlər ağ vərəqə ləkə yapışmır.
Bu yaxınlarda Xəbəral.az saytının şəxsi emailinə Sabirabad rayonu Yolçubəyli kənd orta məktəbi ilə bağlı xoşagəlməz yazı daxil olmuşdu.Guya ki,həmin məktəbdə özbaşınalıq baş alıb gedir,məktəb baxımsız vəziyyətdədir.Biz də Xəbəral.az saytı olaraq vətəndaşın şikayətini nəzərə alıb həmin yazını dərc edərək, bir jurnalist araşdırması apardıq.
Yazıda qeyd olunurdu ki,guya məktəbin direktoru Vəliyeva Raisə Sərxan qızı rus millətindədir.Amma bu yazı dərc olunduqdan sonra həmin məktəbin direktoru və təhsil şöbəsinin müdiri dərhal yazımıza reaksiya verərək, yazının obyektiv araşdırılmasına bizlərə yaxından köməklik göstərdilər
Yazıdakı mənbə bildirirdi ki,həmin Yolçubəyli kənd məktəbi baxımsızdır və ya dərslər keçirilmir.Biz də həmin sözügedən Sabirabad rayonu Yolçubəyli kənd orta məktəbinə yollandıq. Gedərkən şahid olduq ki,Yolçubəyli kənd orta məktəbinin həqiqətən təmirə ehtiyacı var.
Amma məktəb baxımsız deyil.Davamiyyət yüksək səviyyədədir. Məktəb 500 şagirdin təhsil alması üçün nəzərdə tutulub,  hal-hazırda isə 491 şagird təhsil alır. Məktəb rayonda keçirilən dövlət tədbirlərində fəal iştirak edir.Məktəbin özündə müxtəlif tədbirlər keçirilir.Şagirdlərin dünyagörüşlərinin artırılması üçün intelektual oyunlar keçirilir.
Məktəbdə yaşıllıqlar salınır,ağaclar əkilir. Məktəbin direktoru Raisə xanım əsl pedaqoq və Azərbaycan xanımı kimi uşaqların problemləri ilə yaxından tanış olub, ciddi araşdırlmağa yerindəcə nail olur.
Hər il 10-15 şagird ali məktəbə daxil olur.Bir sözlə, bu məktəbin tək problemi məktəbin əsaslı təmir olunmasıdır
Qalan hər bir iş yerindədir. Biz də Xəbəral.az saytı adından məktəbin direktoru Raisə xanım başda olmaqla bütün kollektivə uğurlar arzulayırıq. Yeni təmirli məktəbdə görüşmək arzusu ilə.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir