Xəbəral.az xəbər verir ki, 9 noyabr Azərbaycanda bayraq günü kimi qeyd olunur.
Lakin elə rayonların icra hakimiyyətləri var ki, bu günün əhəmiyyətini dərk etmir.
Belə icra hakimiyyətlərindən biri Bakı Şəhər Nizami Rayon icra hakimiyyətinin.
Xəbəral.az-ın izləyicilərindən birinin göndərdiyi fotodan açıq-aydın görsənir ki, Nizami Rayon icra hakimiyyətinin qarşısında olan hündür dirəkli bayraq bu gün nədənsə endirilib.

Nizami rayon sakinlərinin verdiyi məlumata görə, bu gün ölkəmizin hər yerində bayraq günü kimi qeyd olunmasına baxmayaraq, Nizami rayon icra hakimiyyəti binasının dəmir dirəyindən üç rəngli bayraq çıxarılıb.

Xatırladaq ki, Bakı şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılovdur.
Xəbəral.az arşı tərəfin mövqe haqqını tanıyır.
Xəbəral.az