Araşdırma

Anabolik Steroidlər Təhlükəsi – Süni Yolla Şişirdilən Bədənlər, Qazanılan Qara Milyonlar

Sharing is caring!

“Anabolik steroid” deyəndə, bəlkə də, çox adam bir şey başa düşmür. Bu termin daha çox peşəkar idmançılara, bir də “bədən şişirtmək”lə gözəl vücuda sahib olmağa çalışan gənclərə, özülərini “kultirist” adlandıranlara tanışdır. Bu tip preparatlara dopinq də deyirlər, idman sferasında istifadəsi qadağandır, hansı idmançının qanında onun qalığı aşkarlanırsa, adamı yarışlardan diskvalifikasiya edirlər.
Ancaq bütün qadağalar anabolik steroidlərin istifadəsini məhdudlaşdırmır, yenə də öz cüssəsini inkişaf etdirmək, “bədən yığmaq” istəyən gənclər tərkibində anabolik steroidlər olan müxtəlif qarışıqlar qəbul edirlər.
Musavat.com bildirir ki, tibb mütəxəssisləri qətiyyətlə anabolik steroidlərin istifadəsinə qarşıdır. Onlar hesab edirlər ki, bu preparatlar insan orqanizminə dağıdıcı təsir göstərir, sonradan ciddi fəsadlar yaradır. Bir çox idmançıların gənc yaşda qəfildən vəfat etmələrinin əsas baiskarının məhz anabolik steroidlər olduğu qənaəti gündən-günə möhkəmlənir.
Təkcə tibb mütəxəssisləri deyil, dövlətin və millətin təhlükəsizliyi üçün cavabdeh olan qurumlar, xidmətlər də anabolik strodlərlə gənc nəsli zəhərləyənlərə qarşı preventiv tədbirlər həyata keçirirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir