Araşdırma

Elmar Vəliyev Kərəm Həsənovla birlikdə Hacıkəndi viran qoyub, satır – FOTOLAR

Sharing is caring!

Gəncə şəhərinin keçmiş İcra Hakimiyyəti başçısı Elmar Vəliyevin adamları Gəncənin Hacıkənd qəsəbəsində olan bəzi torpaq sahələrini satışa çıxarıb. Belə bir iddianı Cavad Xan Tarix Mədəniyyət Qoruğunun vitse-prezidenti Müzadil Həsənov öz facebook səhifəsində paylaşıb. XəbərAl.Az xəbər verir ki, Bundan əlavə Müzadil Həsənov 7news.az açıqlamasında bildirib ki, sabiq icra başçısı Hacıkənd qəsəbəsində olan bəzi əraziləri qeyri-qanuni yollarla müxtəlif adamların adına özəlləşdirib.

“Elmar Vəliyev vaxtı ilə Gəncədə geniş miqyaslı abadlıq, quruculuq işləri” adı altında Gəncənin ən məşhur tarixi yay istirahət məkanı olan Hacıkənd, 150-160 il yaşı olan bu qəsəbə bütün tarixi binaları ilə birlikdə ekskavatorun qabağına verilib dağıtdırdıldı. Sonra da bu yerləri qudası Kərəm Həsənovla birlikdə qeyri-qanuni yollarla özəlləşdirdi. İndi isə illərdir viran qalmış bu əraziləri artıq həyasızcasına satışa çıxarıblar. Düşünürəm ki, Gəncə şəhər İcra Hakimiyyəti ölkə rəhbərliyi qarşısında bu məsələni qaldırmalı və hüquq-mühafizə orqanları tərəfindən bu qanunsuzluqlar tam araşdırmalı, bu cinayət əməllərə hüquqi qiymət verilməlidir” – deyə Müzadil Həsənov bildirib.





Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir