Araşdırma

Etimadı Doğrultmayan Nazirlik Və Komitə-Gəlişmə

Sharing is caring!

Son günlər ölkə prezidenti İlham Əliyev rüşvətxor, işini bilməyən, vətəndaşları dinləməyən məmurlara sərt xəbərdarlıq etsədə bəziləri bundan ya nəticə çıxarmır yada ki, eşitməməzlik edir.
Bu cür məmurlardan biri də Azərbaycan Respublikasının Gömrük Komitəsinin sədri Səfər Mehdiyevdir.
Gömrük rüsumları günü-gündən artır.Dünyanın hər yerini gəzib gəlirsən problem çıxmır,rüşvət bir o qədər pul istənilmir, amma Azərbaycan Gömrüyü insanların qanını içir. «DEYİR BİZƏ HESAB VERMƏSƏ BURAXMAYACAĞIQ»
«Gömrük qeydiyyatdan keçirib, buraxıb. Gömrüyün içində monopolistin biri var, sürücülərdən sənədləri alıb vermir.
Deyir bizə hesab verməsən buraxmayacağıq. Vergi olan yerdə, gömrük olan yerdə hesab verərlər?»
Sahibkarın dediyinə görə işə qanunsuz müdaxilələr edib rüşvət tələb edirlər.
Bəs Səfər Mehdiyev hara baxır?
Niyə mətbuatda dərc olunan şikayət xarakterli yazılara reaksiya vermir?
Niyə yazılan və deyilən neqativlər həll olunmur?
Gömrük Komitəsi ilə yanaşı Ekologiya və Təbii Sərvətlər Nazirliyi də bərbad haldadır.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli
Sərəncama əsasən, Muxtar Bahadur oğlu Babayev Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri təyin edilib.
Ataların yaxşı bir məsəli var: “Gələn hər zaman gedənə rəhmət oxudur”
Doğurdan da belədrir!
XəbərAl.Az saytı xəbər verir ki, Muxtar Babayev Ekologiya və Təbii Sərvətlər naziri təyin olunduqdan sonra heç vaxtı yerli mediya da qarşımıza çıxmayıb ki, öz sərin otağından kənara çıxmır.
Nazir Muxtar Babayev meşələrimizin məhv edilməsinə niyə seyrçi qalır?
İslahatların birinci dalğası ilə vəzifəyə gətirilən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbəri ümidləri dorğultmur.
Azərbaycanda illərdir meşələrin qırılması problemləri aradan qalxmır

Konkret olaraq Ekologiya və Təbii Sərvətlər naziri təyin edilən keçmiş deputat Muxtar Babayevin ona bəslənilən ümidləri doğrultmadığı ortadadır. Belə ki, Muxtar Babayev nazir təyin edildikdən sona qurumda aparılan islahatlar meşələrdəki “yaşıl soyqırım”ların qarşısının alınmasına kifayət etmədiyi ortaya çıxıb. Çünki meşə ərazilərinə nəzarət sisteminin gücləndirilməsinə baxmayaraq, yenə də ETSN-nin əməkdaşlarının havadarlığı ilə ağacların məhv edilməsi hesabına biznes və alver baş alıb gedir.
Bununla da elə bri vəziyyət yaranır ki, Azərbaycanda illərdir meşələrin qırılması ilə problemlər aradan qalxmır. Mütəxəsislər bildirirlər ki, meşələrin qanunsuz qırılmasının qarşısı vaxtında alınmazsa, ölkədə ağır ekoloji fəlakətlər, eroziya proseslərinin genişlənməsi, dağlıq ərazilərdə sel və sürüşmə, qar uçqunları, bulaqların və çayların quruması təhlükəsi ilə üz-üzə qala bilər.
Ortada belə bir təhlükəli və ciddi problem ola-ola mayın 21-də Nazirlər Kabineti Yanında Operativ Qərargahın mətbuat konfransında ETSN-nin rəhbəri Muxtar Babayev həyatımızı oksigenlə zənginləşdirən əsas mənbə olan yaşıllıq zonaları və meşə sahələrinin necə qorunmasından yox, ona dəxli olmayan son illərdə Abşeronda və ümumən ölkədə milyonlarla ağac əkilməsindən bəhs edib.
Onun müavini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə etiraf edib ki, dünya ölkələri ilə müqayisədə Azərbaycan meşəsi az olan ölkədir. Xidmət rəisi etiraf edib ki, ölkəmizdə meşələrə qarşı arzu etdiyimiz münasibət yoxdur.
Eyni zamanda H. Əlizadə meşə ərazilərində qırıntıların aparılması, ağacların kəsilməsini daha çox regionlarda yaşayan vətəndaşların və meşə gözətçilərinin üzərinə atmaqla Nazirliyin məsuliyyətini kənara çəkmək istəyib.
Düzdür xidmət rəisi nazirliyin neqativ hallarla qətiyyətlə mübarizə apardığını və ən ciddi tədbirlər görüldüyünü, üstüörtülü nazirliyin əməkdaşı olsalar, onların işdən azad edildiyini və əməllərinə hüquqi qiymət verildiyini deyib. Bu yanaşma təqdirəlayiqdir. Amma reallıq nə deyir?
Muxtar Babayev əksər rayonlarda direktor və müdirləri dəyişməklə işini bitmiş hesab edir

Reallıq isə onu deyir ki, son illərdir bütün ölkəboyu meşələrin məhv edilməsi prosesi davam edir. Lakin Muxtar Babayev bu prosesin qarşısını almaqda acizlik nümayiş etdirir. Onun işi bu iki ildə Regional Meşə Təsərrüfatı İdarələrinin, digər əlaqədar qurumların rəhbərlərinin yerini dəyişməkdən başqa heç nə ilə nəzərə çarpmır.

Belə ki, ölkənin meşə zonalarının yerləşdiyi şimal və cənub rayonlarının sakinləri meşələrin qanunsuz şəkildə məhv edildiyi barədə dəfələrlə həyəcan təbili çalsalar da, bu qanunsuzluqların qarşısı alınmır. Sakinlər bildirirlər ki, edilən şikayətlərə ETSN heç bir reaksiya vermir. Buradan belə nəticə çıxarmaq mükündür ki, bu qanunsuz əməllərin başında Ekologiya və Təbii Sərvətlər Nazirliyi, rayon icra hakimiyyəti başçıları və ağac emalı ilə və satışı ilə məşğul olan yerli işbazlar dayanır.

Məsələn, ötən ili mediada yayılan məlumatlara inansaq, onların birgə fəaliyyəti nəticəsində Qəbələ rayonunda meşə fondunun ərazisi ayrı-ayrı fiziki şəxslərə satılıb. Belə ki, Qəbələ rayon sakinlərinin mediada səslənən şikayətlərində dəfələrlə bildirilir ki, Vəndam meşəbəylinin meşə sahəsində fərdi evlər tikilir. Sakinlərin sözlərinə görə, icra başçısının evinin sözügedən meşə sahəsinə yaxın olduğu üçün qoz ağaclarının əkildiyi meşə sahəsi vətəndaşlara baha qiymətə satılıb. Şikayətçilər qeyd edir ki, Qəbələ rayon Meşə İdarəsi icra hakimiyyətinin meşə ərazisini qanunsuz satması faktına qarşı qanuna müvafiq addımlar atmır. Əksinə həmin ərazidəki çoxillik agaclar kəsilib, geniş sahədə qoz meşəliyi məhv edilib.

Qəbələdə meşə ərazisinin satılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şəhər sakinlərinin şikayətləri səbəbindən Vəndam meşəbəylinin 2 saylı dolayda tikinti işləri dayandırılsa da, daha sonra yenidən intensiv şəkildə tikintiyə başlayıblar. Həmin məlumatlarda, həmçinin qeyd olunurdu ki, İcra Hakimiyyəti Qəbələ şəhərinə yaxın olan meşə ərazisində çoxillik ağacları da məhv edib. Amma bu qanunsuz fakta qarşı ETSN hansısa səbəbdən səssiz qalmaqda davam edir.
Xatırladaq ki, Azərbaycanın şimal rayonlarından olan Oğuz və Şəkidə də eyni vəziyyət hökm sürür.
Cənub meşələrinin məhvinə göz yuman Muxtar Babayevin “qızıl axtarışı” macərası
Qeyd olunmalıdır ki, ölkədə koronavirus pandemiyası ilə əlaqədar karantin rejiminin elan olunması fonunda cənub rayonlarında meşələrin məhv olunması prosesi daha da geniş miqyas alıb. Cənub regionunda yerləşən Lerik, Yardımlı, Cəlilabad və Masallı meşələri Lənkəran Regional Meşə İdarəsi tərəfindən intensiv şəkildə məhv edilməkdədir. Rayon sakinlərinin, hətta ekologiya işçilərinin verdiyi məlumatlardan aydın olur ki, meşələrin məhvindən ETSN-ə məlumat verilsə də, Muxtar Babayevin heç vecinə də deyil.
Belə ki, hələ ötən il Masallıda Qəriblər Meşəbəyliyinin 3 saylı meşə dolayındakı meşə zolağı ağır traktorların tırtılları altına salınıb, “Aqrobağ” adlandırılan ərazidə ikiillik qoz ağacları insafsızcasına məhv edilib. Cəlilabad Meşəbəyliyinin 1 saylı meşə dolayında 5 hektar, 5 saylı meşə dolayında isə 10 hektar sahəni yerləbir edib, 12 və 13 saylı meşə dolaylarından isə əsər-əlamət qalmayıb. Məlumatda bildirilir ki, Masallıda viran qoyulan meşələrin yaxınlığında ağac emal edən sexlər artmaqdadır. Rayonun Xocavar və Binə Xocavar kəndləri ərazisində onlarla sex fəaliyyət göstərir.
Qeyd edək ki, sakinlər və media orqanları cənub rayonlarının meşələrinin məhv edilməsi ilə bağlı davamlı olaraq Muxtar Babayevin rəhbərlik etdiyi ETSN-ə şikayətlər etsələr də, heç bir tədbir görülmür.
Bir sözlə ekologiya naziri səhər işə gəlib axşam evə getməklə öz işini bitmiş bilir!
Azərbaycan ekologiyası məhvə gedir amma heç nəticə yoxdur!
İnanırıq ki, XəbərAl.Az saytının bu yazısından sonra Gömrük Komitəsində, ETSN-də və digər işini bilməyən məmurlar öz məsuliyyətlərini dərk edib, xalqın problemlərinə laqeyid yanşmayacaqlar.

Mövzuya qayıdacağıq!

Hazırladı: Mirismayıl Xələfli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir