Araşdırma

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Saatlıda olan qum karyerin obyektiv şəkildə araşdırdı – MÖVQE

Sharing is caring!

Xəbəral.az saytında “Saatlıda Suvarma Sistemləri İdarəsinin Rəisinin Qardaşı Zahid Rzayevin Qum Karyeri Ekologiyanı Necə Məhv Edir? – VİDEO yazı dərc edilmişdir”.

Karyer rəhbərliyi dərhal yazımıza mövqe bildirdilər. Bizə bildirilən mövqeyi olduğu kimi sizlərə təqdim edirik.

Yazıda qeyd etmişdik ki, Saatlı Suvarma sistemləri idarəsinin rəisi Tahir Rzayevin qardaşı Zahid Rzayevin daş karyeri rayonu əməlli başlı toz burulğanına boğub.

Bizə onuda bildirdilər ki, sözügedən qum karyeri rayondan xeyli aralıda yerləşir.

Orada heç bir qırmızı kitaba düşən ağaclara heç bir ziyan vurulmur.

Karyerdə çalışan traktorların hamısı karyerin özünə məxsusdur.

Heç bir dövlət qurumuna aidiyyatı yoxdur.

Nəzərinizə çatdıraq ki, Xəbəral.az saytında dərc olunan tənqidi yazını Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərmişdik.

Dərhal yazımiza reaksiya verildi, yerindəcə araşdırılma aparıldı.

Öz adımızdan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və eləcə də İradə xanıma xüsusi minnətdarlığımızı bildiririk.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir