Araşdırma

Zəfər Qurbanov xoşu gəlməyən müəllimləri BELƏ VURUR – Tələbələr müəllimlərə TORBA TİKİR

Sharing is caring!

“Kənd Təsərrüfatı Naziri İnam Kərimovun qohumluq əlaqələri ilə kadr islahatı aparması aqrar sahənini tamamilə çökdürdü. Aqrar təhsil ocağını – Azərbaycan Dövlət Aqrar Universitetini (ADAU) də rektor əvəzi Zəfər Qurbanovu təyin etməklə məhv etdi”. Xəbəral.az bildirir ki, bu ittiham redaksiyamıza göndərilən məqalədə yer alıb.
Daha sonra ittiham dolu yazıda bildirilir: “Zəfər Qurbanov həmyerlisi dekan Famil Nəsibovun korrupsiya ilə tutulmasından sonra tələbələrin əli ilə müəllimlərə səs yazılar və tələbə müəllim arasında ola bilməyəcək böhtanla hücum etməyə başlayıb.

Hücumçu səlahiyyətini isə Daxili Nəzarət və audit şöbəsinin müdürü Bəşir Bağırzadədir.

Zəfər Qurbanovun aqrar təhsildən bixəbər olması və universitetdə apardığı islahatların yanlış olmasını bildirən professor və müəllim heyətini cürbəcür yollarla hədə-qorxu gələrək işindən məcbur edərək azad etmə kampaniyası aparır. Zəfər Qurbanovun məqsədi İnam Kərimov kimi aqrar sahədən anlayışı olan ziyalıları azaldaraq meydanı aqrar təhsildən bixəbər olan öz yaxınlarına həvalə etməkdir.

Bu məsələni isə Daxili nəzarət və audit şöbəsinin müdürü Bəşir Bağırzadəyə həvalə edib. Bəşir Bağırzadə tələbələrdən ibarət qurup yaradaraq Zəfər Qurbanovun hədəfində olan müəllimlərin səsini yazdıraraq şantaj edərək məcburi şəkildə işdən azad olunma ilə bağlı ərizə yazmağa məcbur edirlər…”

Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin…

DAVAMI VAR…

Məsələ ilə bağlı Xəbəral.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq… DİA.AZ

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir