Araşdırma

“Topladığı məlumatları xarici kəşfiyyata ötürüb” – DTX-nın həbs etdiyi jurnalistin xanımına da cinayət işi açılıb

Sharing is caring!

Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs edilən xeberman.com saytın redaktoru Polad Aslanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baxılıb.

Dövlətə xəyanətdə suçlanan jurnalistin xanımı barəsində də cinayət işi açılıb.

Musavat.com xəbər verir ki,  bu barədə hakim Faiq Qəniyev məhkəmə iclasında məlumat verib.

Hakim deyib ki, onların yaşadığı evdəki axtarış qərarı Gülmirə Aslanovanın özü haqqında çıxarılıb. Onun da fəaliyyətinin xarici xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən yönləndirildiyi haqda şübhələr olduğuna görə onunla bağlı da axtarış aparılmasına dair məhkəmə qərarı olub.

Polad Aslanov xanımı ile ilgili görsel sonucu

Gülmirə Aslanova

Qeyd edək ki, Polad Aslanov Cinayət Məcəlləsinin 274-cü (dövlәtә xәyanәt) və 134-cü maddələri ilə ittiham olunur.

Bu ittihamlarla onu 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.

Polad Aslanov xanımı ile ilgili görsel sonucu

Polad Aslanov

DTX-nın yaydığı rəsmi açıqlamada qeyd olunub ki, P.Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə, qəbzləri imzalayıb. Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.

dtx ile ilgili görsel sonucu

Bundan başqa, Polad Aslanov Azərbaycanda olan bəzi jurnalistləri də xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb etməkdə suçlanır. İttihama görə, həmin jurnalistlərdən biri bununla razılaşmadığı üçün Polad Aslanov tərəfindən hədələnib. Buna görə də ona qarşı Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda) maddəsi ilə də təqsirləndirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir