Araşdırma Ölkə

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında Daha Nələr Baş Verir? VİDEO — AUDİO

Sharing is caring!

Bir qrup tanınmış həkim Baş direktorun özbaşınalıqları ilə bağlı prezidentə müraciət ünvanlayıb.

Ümummilli lider  H.Əliyevin və cənab prezidentimizin xüsusi diqqəti sayəsində ölkəmizdə səhiyyə  sisteminin inkişafı və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində atdığı adımlar ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirlib.Həmçinin,aztəminatlı ailələrə,Qarabağ müharibəsinin iştirakçılarına,şəhid ailələrinə xüsusi imtiyazların verilməsi də uğurlu sosial siyasətin aparıcı qolunu təşkil edib.Bunun bariz nümunəsi kimi  cənab İlham Əliyevin 15 fevral 2016-cı il tarixli 756 nömrəli Fərmanı əsasında yaradılmış İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyəti demək olar ki,hər kəs tərəfindən dəstəklənib və bu fərmandan irəli gələlərək pilot layihənin ilk icra olunduğu regionlardan birinin Mingəçevir  olması buranın tibb işçilərinə ən böyük etimad kimi qəbul edilib.Nəticə etibarı ilə Mingəçevir xəstəxanasının maddi-texniki bazasının yüksək səviyyədə yaxşılaşdırlması nəinki bu şəhər,hətta bölgə əhalisi tərəfindən rəğbətlə qarşılanmışdır.Lakin pliot lahiyənin başlanmasından bir müddət sonra yerli idarəetmədə,konkret desək Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Gəncədən gətirilmiş Publik hüquqi şəxsi-Baş direktoru Könül Ələkbərovun şəxsi ambisiyaları və səriştəsizliyi ucbatından bir sıra ciddi nöqsanlar meydana gəlib.Bu da nəticə etibarı ilə həm şəhərin yerli tibbi kadrlarının,həm də əhalinin ciddi narazılığına səbəb olub.Belə ki qanunla müəyyən edilmiş məmurların davranış kodeksinə və adi etik normalara uyğun olmayan kobud hərəkətləri ilə daim “diqqət mərkəzi”ndə olan Baş direktor Könül Əlkəbərov şəhərin peşəkar,təcrübəli yerli tibbi kadrlarının əksəriyyətini işdən kənarlaşdırıb və ya işdən çıxmağa məcbur edib.(Bunların içərisində onlarla ali kateqoriyalı həkim və cərrahlar,Əməkdar həkimlər,Tərəqqi medalı alımış həkim,hətta Tibb elmlər doktoru da var)Səbəblər isə həm sadə,həm də müxtəlifdir.Apardığımız araşdırma zamanı bizə verilən məlumatlar belə qənaətə gəlməyə əsas verir.Xəstəxanadakı mənbələrin və şəhərin bir çox ziyalılarının dediyinə görə,Könül Əlkəbərovun “represiya”larının arxasında əsasən iki məqsəd dayanır:
1.Özü ilə Gəncədən və digər yerlərdən gətirdiyi “komanda”nı yerləşdirmək.(çünki dövlət vəsaitlərini özünəyaxınların əli ilə daha rahat şəkildə “idarə” edə bilər)
  1. Onun özünəməxsus “iş üslubu”nu qəbul etməyənləri və əməllərinə göz yummayanları “vurmaq”
   Birinci başlayaq xəstəxanada aparılan “struktur” və “kadr islahat”larından,həmçinin yeni komandanın fəaliyyətindən… (?)Baxmayaraq ki,məqsəd və məramı,fəaliyyət istiqamətləri sözün əsl mənasında aztəminatlı əhalinin pulsuz və keyfiyyətli tibbi xidmətinə hesablanmış İcbari Tibbi Sığorta olduqca əhəmiyyətli bir layihədir.Ancaq bu layihənin tətbiqi Mingəçevirdə bir sıra ciddi fəsadlara yol açıb.Səbəbi isə gün kimi aydındır:Buraya Gəncədən gətirilmiş Baş direktorun idarəetmədəki səriştəsizliyi,olduqca kobud davranışları və yarıtmaz fəaliyyəti…
  Tibb mütəxəssislərinin redaksiyamıza verdikləri məlumata görə,aparılan “struktur islahat”ları çərçivəsində Uşaq xəstəxanası,o cümlədən 1 və 2 saylı Uşaq polikilinkaları ləğv edilib.”Proses”in davamı kimi adıçəkilən xəstəxanada vaxtı ilə fəaliyyət göstərmiş 9 şöbənin (neantologiya,cərrahiyyə,nevrologiya,agciyər,reanimasiya,südəmər uşaqlar,infeksion, müalicə və pediatriya) də işinə xitam verilib.Əvəzində isə cəmi bir neçə çarpayıdan ibarət Pediatriya bölməsi yaradılıb.Lakin sonradan çoxsaylı xəstələrin narazılıqları nəticəsində  Nevrologiya bölməsi də fəaliyyətə başlayıb.Həmçinin,sahə həkimlərinin iş prinsipləri dəyişdirilib.Onlar artıq cavabdeh olduqları sahələrdə uşaqlarla birbaşa təmasda ola bilmirlər.İndiki halda bütün uşaqlar xəstəxanaya gətirilir.Bu da valideynlərin körpələri ilə birlikdə az qala bütün günü uzun-uzadı növbədə gözləməsi deməkdir.Vay o günə ki həkimin limiti dola.Bax onda ağır xəsətlikdən əziyyət çəkən və ya durumu kritik həddə olan uşaqların hansı aqibəti yaşayacaqlarını şərh etməyə ehtiyac qalmır.Hələ bu azmış kimi valideynlərə 6 yaşadan yuxarı uşaqlarının yanında qalmağa icazə verilmir.Bu yalnız bir halda mümkün olur ki,valideyin bir gecə üçün 14 manat pul ödəsin.Alınan vəsaitin isə kassaya mədaxil edilib-edilməsməsi ilə bağlı konkret fikir söyləyə bilmərəm.
  Hər kəsə gün kimi aydındır ki,dövlətimiz sağlam gələcək nəsilin formalaşması üçün uşaqlara göstərilən tibbi xitmətin keyfiyyətinin artırılmasına xüsusi önəm verir.Bunun bariz nümunəsi kimi 1-ci vitse-prezident  hörmətli Mehriban xanım Əliyevanın və H.Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bu sahədəki fəaliyyətini qeyd etmək yerinə düşər.Ancaq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Publik hüquqi şəxsi-baş direktorunun qurduğu idarəetmə sistemi və iş mexanizmi sağlam gələcək nəsilin inkişafına ciddi zərbə vurur.Bunu həm mütəxəssislər,həm də söhbət apardığımız şəhər sakinləri deyir.
  Vərəm dispanserinin ləğv edilməsi və onun şöbə şəkilində şəhərin mərkəzinə köçürülərək İnfeksion xəstəliklər və Dəri-zöhrəvi şöbələri ilə bir binada yerləşdirlməsi də aparılan “struktur islahat”larının təkrib hissəsidir.Tibb mütəxəssisləri isə bu addımı yolverilməz hesab edir və insanların sağlamlığı baxımından ciddi təhlükə olduğunu bildirirlər.Yeni qaydalara əsasən isə ağır vərəm xəstələri stasionar mülacələrini əvvəlki kimi Mingəçevirdə deyil,Yevlaxda almaq məcburiyyətindədirlər.Baxmayaraq ki,təkcə bu şəhərin sakinləri yox,region əhalisi də daha keyfiyyətli müalicə almaq üçün Mingəçevirdəki 100 çarpayılıq Vərəm dispanserinə üz tuturdular.Hazırda isə Mingəçevirdə olan 1000 nəfərə yaxın vərəmli xəstə müayinə-müalicə olunmaq və onlara dövlət tərəfindən verilməsi nəzərdə tutulan dərmanları almaq üçün 37 km məsafəni qət etməli olurlar.Nəzərə alsaq ki,bu qəbildən olan xəsətələr maddi imkansızlıqdan əziyyət çəkir,deməli onların taksi ilə getmək imkanları sıfıra bərabərdir.Və bu zaman həmin xəstələr ictimai-nəqiliyyatla-sərnişin avtobusları ilə getmək məcburiyyətində qalırlar.Ortaya çıxan mənzərə isə olduqca qorxunc və təhlükəlidir.Bu xəstələrlə marşurtda gedən,eyni oturacaqda oturan sağlam insanlar potensial vərəm daşıyıcılarıan çevrilir.Hörmətli müvafiq qurumlar,sizcə bu addıma nə ad vermək olar???Mənəvi-psixoloji və fiziki reperesiya,genefondumuzun məhvi,yoxsa yerli məmur səriştəsizliyindən qaynaqlanan tibbi savadsızlıq…?Bu sualların cavabını mütəxəssislərin,oxucuların və aidiyyatı qurumların ixtiyarına buraxıram…(cərrahiyyə,doğum şöbəsi,xəstələrin qidalanması,pasiyentlərə xidmət,gigiyenik normal haqqında və başqa sahələrdəki digər qanun pozuntuları haqqında növbəti yazılarda daha geniş məlumat verəcəyik)

 

 Könül Əlkəbərovun “kadr islahat”ları isə geniş bir araşdırma mövzusudur.Ancaq buna rəğmən bəzi vacib detalları aidiyyatı qurumların və oxucuların diqqətinə çatdırmaq istəyirəm.Marqlıdır ki,Mingəçevirin kifayət qədər tibbi kadr potensialı olduğu halda bu şəxs kənardan xeyli sayda işçilər gətirib.Bunlar da Baş direktorun ya yaxın qohumları,ya da yaxın dostlardı.Bir sözlə,”ailə podaratı” yaradıb.Onların da böyük əksəriyyəti vacib postlara təyin olunublar.O postlara ki,onlar daha çox maliyyənin idarə olunması və yönləndirilməsi ilə bağlıdır.Məsələn: Baş direktor Könül Əlkəbərovun qızı Gülüzar xanım Xəstələrə xidmət şöbəsinin müdiri, kürəkəni  Cəfərov Toğrul Qaraj müdiri,qızı Gülüzar xanımın ən yaxın rəfiqəsi Hüseynova Nərminə Maliyyə şöbəsinin Hesabatlılıq bölməsinin müdiri,onun həyat yoldaşı Hüseynov  Elşad Təsərrüfat müdiri,yaxın qohumu Məmmədov Şahlar  Alqı-satqı şöbəsinin müdir,qohumu Məmmədov Nadir  anbardar,onun həyat yoldaşı Məmmədova Aygün isə xəstəlik vərəqələrinin  açılması işində çalışır.Könül Əlkəbərovun yaxın dostu-Maliyyə nazirliyinin müfəttişi İbad müəllimin qızı tibbi təhsili olmadığı halda direktorun köməkçisi işləyir.Mingəçevirdə 700 nəfərə yaxın orta təhsili tibb işçiləri olduğu halda Böyük tibb bacısı(işçilərin dediyinə görə,xəstəxananın “yiyəsi”)Əsədova Vəfa da kənardan gətirilən yaxın adamları siyhısına daxildir.O cümlədən, Baş direktorun qohumu olduğu deyilən Qənbərov Xəzər Baş mühasib və direktorun maliyyə məsələləri üzrə köməkçisidir.Görünüən odur ki,burada çox ciddi qanun pozuntusu halları var və bu addımlar birbaşa “Korrupsiyaya qarşı mübarizə haqqında”Azərbaycan Respublikasının qanunun aşağıda göstərilən maddəsinin tələblərinin kobud şəkildə pozulmasıdır.
Maddə 7. Yaxın qohumların birgə işləməsinə yol verilməməsi
7.1. Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.
7.2. Bu Qanunun 7.1-ci maddəsinin tələblərini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır.
  Deməli,əz azından təkcə bu faktla bağlı aidiyyatı hüquq-mühafizə orqanları hərəkətə keçməli və müvafiq qaydada tədbir görməlidirlər.
  Onu da qeyd edim ki,məlumatı verən mənbənin sözlərinə görə,sabiq Vergilər nazir Fazil Məmmədovun arvadı tərəfdən qohumu olan İbrahim Quliyevi isə İnsan resursları şöbəsinin müidiri vəzifəsindən azad edib və onu yerinə Gəncəbasardan Bəhruz  adlı yaxın adamını gətirib.Həmçinin,Fazil Məmmədovun çöküşündən sonra ona məxsus olduğu deyilən Gəncə Beynəlxalq Xəstəxanası ilə artıq işbirliyinə son verilməyə başlanılıb və cərrahi əməliyyatlar üzrə müqavilələr indi  Mərkəzi Kilinka Gəncə xəstəxanası ilə bağlanılır.
 Baş direktor Könül Ələkbərovun “kadr siyasəti”nin tərkib hissələrindən biri də onun xoşuna gəlməyən,onun “iş üslübu”nu bəyənməyən tibbi mütəxssislərini təxribata sürükləmək,onları küsdürmək və təhqirlərə məruz qoymaqdan ibarətdir.Təqdim etdiyimiz bu səs yazsını da redaksiyamıza göndəriblər.Burada Könül Əlkəbərov ona edilən şikayətlə bağlı tədbir görmək əvəzinə açıq şəkildə həm xəstələri,həm əlilləri,həm də bəzi həkimləri kobud ifadələrlə təhqir edir və onlara qarğışlar yağıdırır…

 

Həqiqətənmi yüksək səviyyədə etimad göstərilmiş Azərbaycan məmuru belə olmalıdır???
Onun Nervpotoloq Cahid həkim haqqında işlətdiyi küçə söyüşlərinin audio yazısı artıq redaksiyamıza təqdim olunub və onun yayılmasının Könül həkimin həyatı bahasına başa gələcəyindən ehtiyyat edərək bu səs yazısını yayımlamağı məqsdəmüfaviq hesab etmirəm.(bu səs yazısı yaxın günlərdə prezident adminstrasiyasına,cənab Zaur Əliyevə və hüquq-mühafizə orqanlarına təqdim olunacaq)Hətta,Mingəçevir səhiyyəsinin əsasını qoyan və regionda kifayət qədər tanınan xeyli sayda həkim və cərrahlar “65 yaş həddi”bəhanəsi ilə işdən çıxarılıb.Onların içərisində xüsusi sertfikatlı cərrahlar,Əməkdar həkim və xeyli sayda Ali kateqoriyalı həkimlər var.Şəhərin yeganə Tibb elmlər doktoru, kardioloq Novruz Həsənov da işdən azad edilənlər siyahısındadır.(o,artıq müvafiq qaydada məhkəməyə müraciət edib və işə bərpa olunması ilə bağlı məhkəmə tərəfindən qətnamə çıxarılıb)Baxmayraq ki,qanunvericiliyə uyğun olaraq,o şəxslərlə 1 ildən 5 ilə qədər müddətdə əmək müqaviləsi bağlana bilərdi.Bu zaman sullar yaranır.Necə olur ki,Əməkdar həkim Azirə Əliyeva,ali kateqoriyalı cərrahlar-Şükür Qurbanov,Fazil Abdullayev,səhiyyə sistemində rəhbər vəzifələrdə çalışmış,ankoloq-cərrah Firdovsi Rəhimli,pediatrlar-Nurəddin Məmmədov,bir neçə elmi məqalə müəllifi Rafiq Kərimov,regionun ən tanınmış ali kateqoriyalı ginekoloqu Həqiqət Əzizova,”professor”ləqbəli nervpotoloq Gülxar Mustafayeva,vərəm üzrə azsaylı mütəxəssislərdən olan Nizami Şamxalov işdən azad olunur?Ancaq 80-ə yaxın yaşı olan Azərbaycan dilində normal danışa bilməyən və rəhbərlik etdiyi Doğum şöbəsinin müvafiq sənədlərini belə yaza bilməyən Cəfərova Elmina işləyə bilir???Təmiz Azərbaycan türkləri isə ya işdən azd edilir,ya da küsdürülür.Əgər söhbət burada qanundan gedirsə,niyə qanunvericiliyinin tələbləri hamıya eyni şəkildə şamil edilmir?
Bəzi həkimlərin ölkə başçısı cənab İlham Əliyevə ünvanladıqları video-müraciət də yuxarıda sadalananlarla bağlıdır.

 

 

 

 

Qeyd edək ki,bu,ölkə başçısına edilən müraciətlərin az hissəsidir.Redaksiyamıza təqdim edilən müraciətləri və apardığımız araşdırma zamanı ortaya çıxan ilginc məqamları,əldə etdiyimiz digər faktları növbəti yazıda oxucuların və müvafiq qurumların diqqətinə çatdıracağıq.
  P.S.Bu yazının ilk hisəsi 17 mart 2018-ci il tarixdə “Azərbaycan bələdiyyəsi”qəzetində çap olunandan bir gün sonra məskunlaşdığım İnternat məktəbindəki “ev”imin qapısı naməlum şəxs və ya şəxslər tərəfindən sındırıldı.Bununla bağlı Mingəçevir şəhər Polis şöbəsinə ərizə ilə müraciət etmişəm.Hətta,telefonuma bir neçə dəfə anonim zənglər gəlib və məndən bu araşdımanı dayandırmağı tələb ediblər.Ancaq bütün bunlara rəğmən mən dövlətimizə və xalqımıza yönəlik qanunsuz əməllərə göz yummaq fikirində deyiləm.Çünki ölkə prezidenti cənab İlham Əliyev məmur özbaşınalıqlarının,qanunsuzluqların ortaya çıxarılmasında medianın önəmli rolunu xüsusi vurğulayır.
Yaxın günlərdə araşdırmamızın ilginc faktlarla dolu olan 3-cü hissəsini təqdim edəcəyik…
Qarşı tərəfin müstəqil mətbuata münasibəti ürəkaçan olmasa da,onların mövqeyini işıqlandırmağa hazırıq.
Müəllif: İxtiyar Həsənli

 

 

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir