Araşdırma

O zaman məsuliyyətsizlik olardı ki, uşaq otaqda tək olardı – “BUTA” körpələr evi – uşaq bağçasından AÇIQLAMA – VİDEO

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, bu gün “BUTA” körpələr evi – uşaq bağçasından, bir uşağın yıxılması ilə bağlı, sosial şəbəkələrdə və eləcə də xəbər saytlarında Video görüntülər yayılıb.

Sözügedən olayla bağlı “BUTA” körpələr evi- uşaq bağçasından Xəbəral.az açıqlama alıb. Həmin açıqlamanı sizlərə olduğu kimi təqdim edirik:

Videoda göründüyü kimi uşaq öz ayağı üstünə yıxılır. Otaqda uşaq tərbiyəçinin nəzarətindədir. O, zaman məsuliyyətsizlik olardı ki, uşaq otaqda tək olardı və yaxud tərbiyəçi öz işi ilə deyil qeyri bir işlə məşğul olardı. Məsələn çay içib, söhbət edərdi, yaxud telefonla məşğul olardı. Açıq – aydın görünür ki, tərbiyəçi iş başındadır hətda uşaqla da danışır. Tərbiyəçi uşağa sən yerində qal indi sənə kömək edəcəm də deyib. Uşaq özü düşmək istədikdə yıxılır. Hətda diqqət etsəniz uşaq bir ayağını digər çarpayının pilləkəninə qoymaq istəyir ayağı boşluğa düşür və yıxılır. Əlbətdə ki, bu heç də ürəkaçan hal deyil. Bu hadiəsədən çox üzgünük. Hadisə baş verən andan uşağı bir an belə nəzarətsiz qoymamışıq. Hadisə baş verən gün valideynə dəfələrlə həkimə birlikdə getmək istəyimizi təkid etmişik. Hətda hadisənin səhəri günü harada olduqlarını öyrənib uşağın yanında olmaq istədiyimiz bildirdik. Neçə gündür evdə gəlib uşağa baş çəkmək istəyimiz də valideyn tərəfindən inkar edilib. Bağçaya ödənilən ödəniş tam şəkildə geri qaytarılıb, çəkilən xərc artıqlaması ilə valideynə ödnilib. Valideyn bizdən baş verən hadisənin video görüntüsünü belə tələb etməyib. Şəxsən mən özüm valdieynə video görüntünü göndərmişəm. Azərbaycanda ilk olaraq 2011 – ci ildən ONLİNE müşahidə kameralarını bağça sistemində valdieynlərə təqdim edən məhz BUTA bağçadır. Bu günədək fəaliyyət göstərməyimiz valideynlərin bizə göstərdikləri etimad və etibarı doğrultmağımızdır. Sadəcə olar mən düşünüərm ki, bu məsələdə qaranlıq məqamlar var. Ananın məqsədi bağçanı nüfuzdan salmaq, qazanılmış uğurlara ləkə gətirməkdir. Bu hadisə hər an, hər yerdə ola bilərdi. Biz o zaman valideynə haqq verərdik ki, bir müəssisə olaraq uşağa və valideynə həssas yanaşmasaydıq. Valideynə bir sula ünvanlanır: “Kim istərdi belə bir hadisə yaşansın?” Mənim uşaqlara olan münasibətim sizlərə bəllidir. Çox təəssüf hissi ilə qeyd etmək istərdim ki, ana bizimlə bir cür davranıb, kənarda başqa yollara əl atdı. Hər halda qanun var. Biz hüquqi ölkədə yaşayırıq və video görüntü özü hər şeyi deyir.

Sözügedən VİDEO

Bütün yazılanlara əsas var. Lazım olarsa təqdim etməyə hazırıq…

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir