Araşdırma

Mingəçevir Mərkəzi Xəstəxanasında “ayaqyolu” pulludur.

Sharing is caring!

Mingəçevir Mərkəzi Xəstəxanasında “ayaqyolu” pulludur.

Bu barədə İstixəbər.info saytının əməkdaşı məlumat verib. Onun sözlərinə görə, bu gün saat 13:00 radələrində Mingəçevir Mərkəzi Xəstəxanasına dostunun müalicə və müayinə üçün gediblər. Xəstəxanadan çıxandan sonra “ayaqyolu”na getmək istəyən əməkdaşımız xoşagəlməz hadisə ilə qarşılaşıb. Ayaqyolunun yanında dayanan xanım əməkdaşıma “giriş 0.30 qəpikdir” deyə bildirib. Əməkdaşımız həmin xanımla uzun-uzadı söhbət aparmağa başlayıb ki, Dövlət Səhiyyə Müəssisəsində “ayaqyolu”nun pullu xidmət göstərməsi ilə bağlı tapşırığı sizə kim verib? Özünü xadimə kimi təqdim edən qadın cavabında bildirib ki, artıq 6 aydır ki, “xidmət pulludur”. Bura (ayaqyoluna) sabun, kağız hamısını özümüz alırıq, bizə vermirlər.

 

Mingəçevir Mərkəzi Xəstəxanasını ilə əlaqə saxlamağa çalışsaqda suallarımız cavabsız qaldı.

Mingəçevir Mərkəzi Xəstəxanası “İcbari Tibbi Sığorta Agentliyinin” nəzdində olduğu üçün “İcbari Tibbi Sığorta Agentliyi” ilə əlaqə saxladıq. Özünü tibbi sığorta agentliyinin əməkdaşı kimi təqdim edən bəy bildirdi ki, müraciətinizi araşdırıb ətraflı məlumat verəcəyik.

 

 

Allah eləsin xəstələnməyəsiniz. Əgər xəstələnib Mingəçevir Mərkəzi Xəstəxanasına yolunuz düşsə əlavə “xidmət haqqı” üçün 0.30 qəpik cibinizdə mütləq olsun.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir