Ana Səhfə

İradə Polad: Bizi Laçınımıza qovuşdurana şükür

Sharing is caring!

“MƏRHƏMƏT” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri, əslən Laçınlı, hər zaman öz doğma yurduna bağlı xanım QHT rəhbəri İradə Polad Xəbəral.az-a avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rəsmi “twitter” hesabında etdiyi paylaşımına öz sevincli təəsüratlarını bölüşüb. O,bildirib ki, avqustun 26-da biz –Laçınlılar doğma elimizə-obamıza qovuşudurur. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi.

Laçın şəhərində, Zabux və Sus kəndlərində işğal dövründə Ermənistanın törətdiyi hərbi cinayətin – qanunsuz məskunlaşdırmanın nəticələrinin aradan qaldırılması bu yerlərin həqiqi sahiblərinin yenidən doğma yurda qayıtmasına imkan yaradır.

Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm.Yaşasın Laçın! Yaşasın Azərbaycan!” Bu xəbər Azərbaycan xalqına böyük sevinc hisləri bəxş etdi. İkinci Qarabağ müharibəsi 44 gün davam etdi və 10 noyabr 2020-ci ildə yekunlaşdı- həmin gün Ermənistanın kapitulyasiyası barədə Üçtərəfli Bəyanat imzalandı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında olan torpaqlarımızı işğaldan azad etdi. İmzalanmış Bəyanata əsasən Azərbaycan 3 il ərzində Laçın şəhərindən keçən Laçın dəhlizinə alternativ yolu tikib istifadəyə verməli idi. Azərbaycan tərəfi bu yolu vaxtından qabaq istifadəyə verdi və ermənilərin Laçın şəhərində, Zabux və Sus kəndlərində qalmalarına heç bir əsas qalmadı.
Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycana təhfil verilməsi çox böyük hadisədir. Bu münasibətlə cənab Prezident İlham Əliyevi təbrik edir, Azərbaycanın inkişafı və daha da qüdrətlənməsi sahəsində qarşıda duran bütün vəzifələrin həyata keçirilməsində uğurlar arzu edirəm.

QHT rəhbəri İradə Polad doğma yurdlarının işğaldan azad olunmasına görə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib. O qeyd edib ki, Laçına qayıtdıqdan sonra qurub-yaradacaq, əvvəlkindən də yaxşı yaşayacaqlar.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir