Ana Səhfə

Cəlilabadda daha bir məmurun hektarlarla üzüm bağları və torpaq sahələri üzə çıxdı-FOTOLAR

Sharing is caring!

Azərbaycanda daha bir məmurun hektarlarla üzüm bağları və torpaq sahələri üzə çıxdı-FOTOLAR

Bu haqda Xəbəral.az – ın redaksiyasına Cəlilabad rayonunda yaşayan oxucularımız məlumat göndəriblər. Əməkdaşımız vətəndaşların müraciətindən sonra Cəlilabad rayonunda olub və haqqında danışılan üzüm bağlarının və taxıl sahələrinin fotosunu çəkib.



Xəbəral.az – a vətəndaşlar bildirib ki, bu ərazilər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazova məxsusdur.



Rüstəm Şahbazovun üzüm bağlarına və taxıl sahələrinə isə Cəlilabadda yaşayan qardaşı, Göytəpə şəhər Musiqi Məktəbinin direktoru Vüqar Şahbazov nəzarət edir.

Bundan başqa Cəlilabadda Rüstəm Şahbazovun yaxın qohumu Sabir Ağayev də hektarlarla torpaqları zəbt edib. Bir sözlə, Şahbazovlar rayonda istədikləri torpaq sahəsinə və obyektlərə Rüstəm Şahbazovun sayəsində ağalıq edirlər.

Onu da qeyd edək ki, Cəlilabad rayon İcra Hakimiyyəti bir müddətdir ki, qanunsuz torpaq zəbtləriylə bağlı araşdırma aparır. Bəs görən Şahbazovların qanunsuz zəbt etdikləri hektarlarla torpaq sahələri üzə çıxarılacaqmı?



Adının çəkilməsini istəməyən şəxs bildirib ki, Rüstəm Şahbazova məxsus üzüm bağı təxminən 30 hektar, taxıl sahəsi isə 20 hektardır. Bu hələ rayon sakinlərinin bildikləridir. Şahbazovların mətbuatdan gizlədilən xeyli sayda obyektləri də var. Araşdırmamız davam edir.

Qeyd edək ki, Rüstəm Şahbazov 1963-cü il 29 iyun tarixində anadan olub. 1989-cu ildə N.A.Voznesenski adına Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialını Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
1992-1995-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda aspirantura təhsili almışdır.
Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsində, Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyində, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2006-cı il tarixli Sərəncamı ilə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 10 iyul 2009-cu il tarixli Sərəncamı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin müavini vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilmişdir.

Xəbəral.az qarşı tərəfin mövqe haqqını tanıyır.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir