Ana Səhfə İdman

“Futbolçularımın qələbəyə inanmadıqlarını gördük” – Türkiyə yığmasının baş məşqçisi

Sharing is caring!

“İlk 20 dəqiqədə oyunçularımızın bu qalibiyyətə inanmadıqlarını gördük. Rəqibin birinci qolundan sonra hər şey dəyişdi”.

Xəbəral.az xəbər verir ki, bunu Türkiyə millisinin baş məşqçisi Stefan Kuntz deyib. 

O, dünya çempionatının seçmə mərhələsinin pley-offunun yarımfinalında Portuqaliyaya 1:3 hesablı məğlubiyyətdən danışıb:

“Hesab açıldıqdan sonra qazana biləcəyimizə dair izlər oldu. İkinci qolda rəqibə yaxın oynamalı idik. Fasilədə futbolçularıma Latviya və Monteneqro matçlarını xatırlatdım. Dedim ki, geridönüş edə bilərik. Lakin bəzən şans lazımdır. Burak Yılmaza bildirdim ki, penaltini vura bilməsən də, bu komandanın kapitanı olduğun üçün fəxr etməlisən. Latviya ilə matçda 11 metrlik cərimə zərbəsini düzgün yerinə yetirməsəydin, bu gün burada olmazdıq”.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir