Ana Səhfə

Ermənistanın dünənki itkiləri – 20 ölü, 40-dan çox yaralı

Sharing is caring!

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 16-da dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı uğursuz genişmiqyaslı təxribatlar törədib.

Azərbaycanın Ordusu tərəfindən görülən qəti tədbirlər nəticəsində qarşı tərəfin hücumunun qarşısı alınıb, Ermənistan silahlı qüvvələrinin bölmələri canlı qüvvə və texnika sarıdan itki verərək geri çəkilməyə məcbur edilib.

“Qafqazinfo” dünəndən erməni mediasında yayılan məlumatlara əsasən xəbər verir ki,​ qarşı tərəfin 20-dək canlı qüvvəsi məhv edilib, 40-dan artıq hərbi qulluqçu yaralanıb.

Ermənistan ordusuna  məxsus xeyli sayda silah-sursat hərbi qənimət olaraq ələ keçirilib. Bunlar iriçaplı pulemyotlar, snayper tüfəngləri, atıcı silahlar, çoxlu sayda tank əleyhinə və əl qumbaraları, patronlar və digər silahlardır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir